Feb 25

Ermənilər tayqulaq “qəhrəmanını” yad edir: İsmi şərəfsizlik sözünün sinonimi olan terrorçu!

Bu gün məşhur terrorçu, tarixdə dinc, silahsız insanlara tutduğu divanlarla yadda qalan Andranik Ozanyanın anadan olmasının ildönümü Ermənistanda bayram əhval-ruhiyyəsində qeyd edilib. 1865-ci ilin bu günündə anadan olan Andranikin həyat yolu əslində erməni xislətini anlamaq, onların kimliyini dərk etmək baxımından mühüm əhəmiyyətə malikdir. Bütün ömrünü türk xalqına qarşı mübarizəyə sərf edən Andranik I Dünya müharibəsi zamanı Türkiyə və Azərbaycan ərazilərində çoxsaylı terror hadisələri, qətliyamlar həyata keçirib ki, bunun nəticəsində minlərlə türk insanı həlak olub. Qadın və uşaqlara qarşı xüsusi amansızlığı ilə ad çıxaran Andranikin adı bu gün də xəyanət, amansızlıq və simasızlığın sinonimi kimi işlədilməkdədir.

Qeyd edək ki, türk xalqına qarşı apardığı mübarizədə rüsvayçı şəkildə məğlub olaraq ABŞ-a qaçan Andranik, öldükdən sonra Fransaya göndərilərək buradakı Per-Laşes qəbiristanlığında basdırılır. 2000-ci ildə isə terroristin cəsədi Ermənistan tərəfindən İrəvana gətirilərək buradakı “Yerablur” hərbi qəbiristanlığında – Qarabağa hücum zamanı öldürülən digər ermənilərlə birlikdə basdırılır.

Andranikin kimliyi və keçdiyi “mübarizə yolu” ilə bağlı ən yaddaqalan olaylardan biri etdiyi xəyanətə görə qulağının bir tayını itirməsi olub. Türklərə xəyanət etdiyi üçün qulağından məhrum edilən erməni terrorçusuna ən böyük zərbəni isə Azərbaycan xalqının böyük oğlu Sultan bəy vurub. Andranikin ordu böyüklüyündəki terror dəstəsi Zabux dərəsəindəki döyüşdə Sultan bəy tərəfindən tar-mar edilib. Məhz bu döyüşdən sonra Andranik Azərbaycan torpaqlarını birdəfəlik tərk edib. Xatırladaq ki, Anbdranikin qulağının türklər deyil, məhz Sultan bəy tərəfindən kəsilməsi ilə bağlı da ehtimallar səslənir.

 

Seymur ƏLİYEV

Bənzər xəbərlər

Gündəm

0.0260329246521