Jan 23

Balakişi Əhmədov haqda informasiya həqiqətə uygun deyil-TƏKZİB

Bəşər cəmiyyəti yaranandan bu günədək insan sərbəst düşünüb. Yəni hadisələri qiymətləndirməkdə, hər hansı məsələ ilə bağlı müəyyən rəyə gəlməkdə, eşitdiklərini mənalandırmaqda azad olub. Başlıca problem bildiyin və düşündüyün kimi danışmaq, fərdi rəy və mülahizəni ictimailəşdirmək zamanı baş verib. Çünki müəyyən məqamda fərqli mövqe hakimiyyətin istəyinə, qələm sahibinin söylədiyi isə hansısa qrupun mənafeyinə uyğun gəlməyəndə çətinliklər yaşanıb, hətta cəza mexanizmi işə düşüb. 

Bu gün Azərbaycan jurnalisti üçün hardan, nədən və necə yazmaqla bağlı heç bir qadağa və məhdudiyyət yoxdur! Sayt və Qəzetlər istədikləri vaxtda, istədikləri yerdən, istədikləri şəkildə yazırlar. Adi məmurdan tutmuş nazirədək kimsədən qorxub çəkinmədən tənqid edirlər! Bütün bunlar demokratiya baxımından normal və başadüşüləndir. 

Lakin Söz və fikir azadlığı nın həddi var. Kiminsə işgüzar imicinbə zərbə vurmaq və yanlış informasiya vermək olmaz. Təəsüf ki, bəzən belə hallar istəməyərəkdən baş verir.

Bir müddət əvvəl Mozalan.az portalında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov haqda həqiqətə uygun olmayan, yoxlanılmamış səhv məlumatlar gedib.

Sayt bu məlumatları dəqiqləşdirmədən ictimailəşdirib, və Azərbaycan zabitinin imicinə zərbə vurub.

Mozalan.az bildirir ki, məqalə yayından həqiqətə uyğun olmadığı üçün qaldırılıb. Bundan ötrü cənab Balakişi Əhmədovdan üzr diləyirik.

 

Bənzər xəbərlər

Gündəm

0.068907022476196