Jan 16

Amerikada yaşayan azərbaycanlı güllələndi - VİDEO

Amerika Birləşmiş Ştatlarında yaşayan və işləyən Azərbaycanlı şəxs güllələnib.

Hadisə Şimali Karolina ştatının Şarlotta şəhərinin qərbində mobil telefon dükanınında baş verib. Elçin Xəlilov adlı 29 yaşlı Azərbaycanlı dükanında ölü tapılıb.

ABŞ kütəlvi informasiya vasitələrinin verdiyi məluamat görəsilahlı şəxs dükana nağd pul və mobil telefonlar üçün basqın etsə də, cinayət Elçin Xəlilovun boynundan güllə yarası alaraq ölməsilə nəticələnib. Cinayətkar isə mağazanı qarət edib. Hadisəni ilk görənlər isə qonşuluqda işləyənlər olub və bu barədə polisə məlumat veriblər.

Qeyd edək ki, Elçin Xəlilovun valideynləri Sumqayıtdayaşayır. Bu xəbərdən sarsıntı keçirməməsi üçün hələlək mərhumun anasına hadisə barədə məlumat verilməyib.

Cinayəti törədən şəxs isə hələki saxlanılmayıb.

Bənzər xəbərlər

Gündəm

0.062242031097412