Jan 05

Erməni qız Azərbaycan bayrağı ilə... - FOTO

Bir müddət öncə iş axtarmaq üçün Dağlıq Qarabağa gedən və orada ermənilərin təzyiqi ilə üzləşən Asya Xaçatryan növbəti dəfə erməniləri təəccübləndirib.

Asya Xaçatryan Azərbaycan bayrağı ilə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşıb.

Asyanın erməni mətbuatında yayılan şəklinə rəy yazan ermənilər onun bu hərəkətini “ermənilərə daha bir zərbə” kimi qiymətləndiriblər.

Erməni qız Azərbaycan bayrağı ilə...

Xatırladaq ki, əslən İrəvandan olan Asya Xaçatryan ötən il Dağlıq Qarabağa iş axtarmağa gedən zaman orada xoşagəlməz hadisələrlə qarşılaşmış və yerli polislər tərəfindən zorakılığa məruz qalmışdı.

İrəvana qayıdan Asya ona qarşı edilən zorakılıqlarla bağlı bir sıra məhkəmələrə müraciət etsə də, onun şikayətinə baxılmamışdı.

Bundan sonra Asya ermənilərin acığına Feysbukda azərbaycanlı oğlanla tanış olaraq onunla Tiflisdə görüşmüşdü. Asyanın görüş zamanı çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə görən ermənilər onu cəzalandırmaq üçün axtarışa başlasalar da, heç bir nəticə əldə etməmişdilər.

axar.az

Bənzər xəbərlər

Gündəm

0.023113965988159