Dec 27

“Bakıda bir evim var, kredit ödəyirəm” - Deputat villası və biznesinin olmasını inkar etdi

“Bir neçə də dövlətə müraciət etmişik ki, bizi yeni partiya qərargahı ilə təmin etsin. İnanırıq ki, nə vaxtsa, Vəhdət Partiyası yeni qərargahla təmin olunacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat dolanışığı barədə də danışıb.

“Şükür olsun Allaha, deputat olandan bəri əməkhaqqı alıram. Bir oğlum da yeni işləyir. Oğlumun ailəsi ilə birlikdə biz 8 nəfərik. Ailədə 2 nəfər işləyənimiz var. Aldığımız maaş bizə çatır”.

Tahir Kərimli villalarının mövcudluğu və qardaşlarının bizneslə məşğul olması barədə yayılan söz-söhbətə də münasibət bildirib:

“Mənim İsmayıllıda bir taxta evim var. Təəssüf edirəm ki, 30 ildir ki, təmir olunmayıb. Əlimə pul düşəndə istəyirəm ki, bir balaca orasını-burasını düzəldim. Ağsudakı ata evimdə isə qardaşım ailəsi və anam yaşayır. Bakının mərkəzində də 100 kvadratlıq evim var. Artıq bu uzun illər ərzində oğlumun da evinin olması şansı var. Buna da min şükür. Mənim nəinki villa, başqa bir evim və ya yaşayış yerim yoxdur. Maaşdan əlavə başqa gəlirim də yoxdur. Qardaşlarım, özüm və övladlarım bizneslə məşğul olmuruq. Bu istiqamətdə yayılan söhbətlər əsassızdır. Mən əməkhaqqımdan təxminən 650 manat kredit verirəm. Qalan vəsaiti isə ailəmə, ehtiyacı olan yaxınlarıma sərf edirəm”.
 

Bənzər xəbərlər

Gündəm

0.024748086929321