Dec 27

Ermənistanda polis rüşvət alarkən tutuldu - VİDEO

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Ermənistan vətəndaşını təhdid edərək ondan iri məbləğdə rüşvət alan polis zabiti iş üstündə yaxalanıb. 
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, polis vətəndaşa qarşı irəli sürülən şikayətin onun xeyrinə həll edilməsi üçün 700 ABŞ dolları pul tələb edib. Bununla bağlı 21 dekabrda həmin vətəndaş MTX-nə məlumat verib. 

MTX-nin apardığı operativ-istintaq tədbirləri nəticəsində aydın olub ki, İrəvanın Arabkir rayonunun ictimai polis müfəttişi A.O. vətəndaşdan 700 dollar pul tələb edib ki, ona qarşı digər vətəndaşın irəli sürdüyü şikayət üzrə araşdırmaya başlamasın və şikayətçiyə desin ki, məsələyə baxmaq səlahiyyətinə malik olmadıqları üçün başqa quruma müraciət etsin. Alver nəticəsində polis hətta qiyməti 700-dən 500 dollara endirməyə razılaşıb. 

Polisin korrupsiya cinayətindən xəbərdar olan MTX əməkdaşları 26 dekabrda həyata keçirdikləri məxfi əməliyyat nəticəsində onu vətəndaşdan 500 dollar aldıqdan dərhal sonra saxlayıblar. Gizli çəkiliş zamanı onun korrupsiya cinayətinə dair əldə olunan təkzibolunmaz faktlar üzrə cinayət işi açılıb, polis həbs edilib. 

Bənzər xəbərlər

Gündəm

0.029683113098145