Dec 26

ƏXLAQSIZ YUVA BİR KƏNDİ BEZDİRİB- Göygöldə

Göygöl rayonunun Quşqara kəndində sakinlər arasında ciddi narazılıq yaranıb. Sizinxeber.com-un bölgə müxbirinin verdiyi məlumata görə, narazılığın miqyası o qədər genişdir ki, tezliklə qəsəbədə sərt etiraz tədbirlərinə əl atıla bilər. Bildirilir ki, adı çəkilən kənddə əxlaqsızlıq yuvası fəaliyyət göstərir
Motel adı altında fəaliyyə göstərən əxlaqsız yuva elə “Quşqara” adlanır ki, vətəndaşlar bunu kəndin adına təhqir hesab edirlər.

Dəfələrlə adı çəkilən moteldə kütləvi dava-dalaş, bıçaqlaşma olub. Ətraf rayonlardan 20-30 manata fahişələr bu motelə daşınır. Müştərilərin istəyi ilə hətta azyaşlı qızlar da gətirilir.
Kəndlərin içində, hər kəsin gözü önündə əxlaqsız yuvalarının fəaliyyət göstərməsini özlərinə və ailələrinə qarşı təhqir kimi dəyərləndirən camaat dəfələrlə bu əxlaqsızlıq yuvalarının bağlanması ilə əlaqədar olaraq yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər, amma nə yazıq ki,faydası yoxdur.
Narazı əhali hesab edir ki, yerli polis orqanları əxlaqsızlıq yuvalarına «krışalıq» etməsələr, bu «obyektlərin» Göygöldə fəaliyyəti imkansızdır.Hər halda ümid edirik ki, dövlətin əlaqədar qurumları, o cümlədən Daxili İşlər Nazirliynin müəyyən strukturları əhalinin haqlı narazılığını nəzərə alaraq ərazidə ki,bu biabırçılığı ortadan qaldıracaq və həmin biabırçılığıa yol vermiş vəzifəli və digər şəxsləri qanunla cəzalandıracaqlar.

Bənzər xəbərlər

Gündəm

0.023789882659912