Dec 24

“Ağzının üstündən vurardın da bir dənə o cəhənnəm pişiyinin”

Tanınmış şairə Nazilə Səfərli onu “Maşın şou”nun dünənki buraxılışından kənarlaşdıran aktrisaya qarşı xoşagəlməz hərəkət edib.
Mozalan.az xəbər verir ki, şounun dünənki buraxılışında səsverməyə aktrisa Xəyalə Quliyeva çıxıb. Sonda 85, 63 faiz səs toplayan aktrisa oyundan güclü hesab etdiyi rəqibi - Nazilə Səfərlini çıxarıb. Oyunu tərk edən şairə instaqramda ona yazılan şəxsi mesajları səhifəsində paylaşıb. N.Səfərliyə dəstək olan və onu sevdiyini yazan izləyicilər Xəyalə Quliyeva barəsində çirkin ittihamlar səsləndirib.
Nazilə Səfərlinin Xəyalə Quliyeva haqqında yazılan “Kişi sənsən, bunlar tuladır”, “Ağzının üstündən vurardın da bir dənə o cəhənnəm pişiyinin” kimi mesajları öz hesabından paylaşması müsbət qarşılanmayıb.
Məlumat üçün qeyd edək ki, ATV kanalında yayımlanan “Maşın” realiti şouda Nazilə Səfərlinin qaydanı pozduğu aşkarlanıb. Yutubda şairənin əlini avtomobildən götürdüyünü əks etdirən kadrlar yayılıb. Hadisə yarışmanın ikinci günündə baş verib.
Layihə rəhbəri Murad Dadaşov istifadəçilərinin mövzu ilə bağlı iddiasına verilişdə efirdə cavab verib və belə hadisənin baş vermədiyini qeyd edib.

Bənzər xəbərlər

Gündəm

0.021700859069824