Dec 21

Xaçmaz polisi 4 əxlaqsız yuvanı ləğv edib-REAKSİYA

Ötən gün “mozalan.az” xəbər saytında verilmiş “XAÇMAZDA PRİTON İŞLƏDƏN MƏZAHİRƏ KİM HAVADARLIQ EDİR?” başlıqlı yazıda rayon ərazisindəki iaşə obyektlərinin birində əxlaqsızlıq yuvası təşkil edilməsi barədə iddialar həqiqətdən uzaqdır.

Materialda adı çəkilən Məzahir adlı şəxsin Xaçmaz RPŞ-nin rəhbərliyi ilə guya yaxın münasibətləri barədəki fikirlər də  reallığı əks etdirmir.

Bildiririk ki, Xaçmaz RPŞ-nin  əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən iaşə obyektlərdə mütəmadi reydlər keçirilir, qanunazidd fəaliyyətlərin qarşısı dərhal alınır. Bunun nəticəsidir ki, cari il ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində fəaliyyət göstərən 4 əxlaqsız yuva aşkar edilib. Həmin faktlardan 3-ü barədə cinayət işi açılıb, istintaqı tamamlandıqdan sonra baxılması üçün rayon məhkəməsinə göndərilib. 1 fakt üzrə isə hazırda istintaq davam etdirilir.

 

DİN Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupunun baş inspektoru, polis leytenantı Nizam Həmidov

Bənzər xəbərlər

Gündəm

0.028183937072754