Dec 20

“Şamaxinka”da psixotrop dərmanları satan qadın bu dəfə Sumqayıtda peyda oldu-VİDEO

“Şamaxinka”da psixotrop dərmanları satan qadın bu dəfə Sumqayıtda peyda oldu-VİDEO

 
 










Bir il bundan əvvəl Bakının "Şamaxinka" adlanan ərazisində apteklərdən birində uyuşdurucu tərkibli, satışı qadağan olunmuş dərman preparatının satıldığını əks etdirən videosüjet sosial şəbəkələrdə və saytlarda yayıldı..

Saytlara şikayət edən bir xanım oğlunun hər gün borc-xərc edib sözügedən ünvana gedərək həmin uyuşduruculardan alıb qəbul etdiyini və hər gecə evdə "qan su yerinə axdığını" bildirmişdi. Aludəçi gəncin valideyni övladının vaxtı ilə tanınmış zərgər olduğunu və bu yola qurşandıqdan sonra bütün var-dövlətinin əlindən çıxdığını qeyd edirdi.

Ananın söylədiyinə görə, oğlunun ailəsi də bu "zibil" üzündən dağıldı: "İndi kirayədə qalırıq. Bir oğlumdur, bir də mən. İşləmir! Çörək pulunu güclə tapdığımız halda o, hər gün bu "zibil"ə borc-xərclə pul tökür". Şəhərin marketlərinin birində süpürgəçilik etdiyini deyən qadın oğlunun şalvarının cibindən çıxan sözügedən uyuşdurucunun fotosunu sayta göndərmişdi.

Daha bir portal isə narkotik tərkibli dərmanların gənclərə necə reseptsiz satdığını videolentə almışdı.

Daha sonra işə Səhiyyə Nazirliyi və polis qarışdı. Şəhərdə bu tipli bütün apteklər bağlandı.

Azerinfo.tv-yə verilən məlumata görə Şamaxinka”da gənclərə zəhər satan həmin əzcaçı qadın bir müddət öncə Siumqayıtda , 17-ci mkr-da preyda olub.



“Qərb” şadlıq sarayı ilə üzbəüz olan aptekdə yenə adəti üzrə psixotrop dərmnanları açıq satışa buraxıb. Əraziyə nəzarət edən 3-cü PŞ-nin əməkdaşları deyilənə görə qıraqdan bu mənzərəni izləyir, narkotik dərman alan gəncləri bir az aralıda həbs edirmiş. Aptekə isə dəyən olmayıb.


Daha sonra aptekçi qadın həmin ərazidən 300-400 metr aralıdakı “Podduqa dünyası” dükanına köç edib. İndi tikinti materialları satışı olan sırada şıdırğı alver gedir.



Qeyd edək ki, dövriyyəsi qadağan edilmiş “Contramal” və yalnız həkim resepti ilə verilməli olan “Tramadol”u adını qeyd etdiyimiz ünvandan çox asanlıqla əldə etmək mümkündür. “Tramadol” psixotrop dərmandır. “Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim göstərişi əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Bu preparatdan ancaq güclü ağrısı olanlar, məsələn, xərçəng xəstələri istifadə edə bilərlər. Həmin dərmanın əlavə təsirindən biri də bu dərmanın asılılıq yaratmasıdır. Bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər. “Tramadol” güclü narkosərxoşluq və asılılıq yaradan narkotik vasitə kimi Ukraynada, Belarusda dövriyyəsi qadağan olunub. Qanunla “Tramadol”un ancaq 50 mg-na icazə verilib, o da yalnız həkim resepti ilə. “Contramal”ın isə dövriyyəsi qadağan edilib.

Mövzunu davam etdirəcəyik.

Bənzər xəbərlər

Gündəm

0.050309181213379