Dec 16

Prezidentin səhifəsindən Mübarizlə bağlı MÖHTƏŞƏM PAYLAŞIM - VİDEO

Prezident İlham Əliyevin instaqram səhifəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı video paylaşıb.

Mozalan.az-a  xəbər verir ki, dövlət başçısının 2010-cu ilin noyabr ayında Mübariz İbrahimovun nəşinin Ermənistandan alınaraq Bakıya gətirilməsi və Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilmiş vida mərasimində çəkilmiş kadrların əks olunduğu video-sujet izləyicilərin böyük rəğbətini qazanıb. Prezident İlham Əliyev həmin gün, hərbçilərin, Milli Qəhrəman Mübariz İbrahimovun ailə üzvlərinin qarşısında deyib: “Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir”.

Bənzər xəbərlər

Gündəm

0.032790899276733