Dec 14

Lukaşenko Paşinyandan üzr istəyib? 

Erməni mətbuatı Belarus Respublikasının prezidenti Aleksand Lukaşenkonun Paşinyandan üzr istəməsi ilə bağlı məlumat yayıb.

 

Erməni mətbuatı xəbər verir ki, guya Lukaşenko Paşinyandan KTMT-ə baş katiblərin təyin edilməsi mövzusunda yaşanan mübahisəyə görə üzr istəyib.

 

Xatırladaq ki, KTMT-nin erməni baş katibi general Xaçaturov 2 noyabr 2018-ci il tarixində tutduğu vəzifədən azad edilib. Xaçaturov Ermənistandakı konstitusyon rejimi yıxmaqda ittiham edilirdi. Ermənistanın Xüsusi İstintaq Bürosu məhkəməyə göndərdiyi ərizədə Xaçaturovun həbsini tələb edirdi.

 

Qeyd edək ki, Belarus prezidenti Lukaşenko bir neçə dəfə Ermənistan rəhbərliyini pərt edən açıqlamları ilə gündəmə gəlib. moderator.az

 

Bənzər xəbərlər

Gündəm

0.029556035995483