GündəmDec 04

Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ

Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov geridə qalan dövrdə ölkə rəhbərliyinin daxili siyasətinə zidd fəaliyyət göstərib. 

Paytaxt.org-a daxil olan məlumatda bildirilir ki, Ceyhun Cəfərovun ölkə başçısının tapşırıqlarına qarşı olan və yalnız öz şəxsi maraqlarını təmin edən addımları rayonda gərginlik yaradıb. Kürdəmirdə əhalinin müraciətlərinə laqeyd yanaşır onları qəbul etmir demək olar ki, icra başçısı sələfinin yolunu davam etdirir. İicra başçısı məcburi iməciliklərin keçirilməsində, idarə müəsisə işçilərinin pabıq yığmasına məcburi qaydada qatılmalarına görə ittiham edilir.

Araşdırmamız zamanı məlum oldu ki, Kürdəmirə icra başçısı təyin edildikdən bu günə kimi icra başçısı Ceyhun Cəfərov vaxtı ilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırması ciddi narazılıqlar yaradıb. Cehun Cəfərtov bütün gəlirli sahələri öz nəzarətinə alıb. Gənc olmasına baxmayaraq, özünün Şah dövründəki kimi xəracyığma sistemləri ilə rayonu idarə etməyə üstünlük verir. Ceyhun Cəfərovun fəaliyyəti barəsində deyilənlərə görə hətta "yuxarılarda” mənfi rəy belə yaranıb. 

Ona görə bu həssas dönəmdə onun dəyişdirilməsi aktual olaraq qalır. Sabiq nazir Əli Abbasovun kadrı sayılan, Vidadi Zeynalovun yaxın qohumu C. Cəfərov bəs kimlə əvəzlənə bilər?
Sabiq nazir Əli Abbasovun kadrı sayılan Ceyhun Cəfərovu o əvəzləyir - KÜRDƏMİRDƏ
Paytaxt.org-a daxil olan məlumata görə bu şəxs Kürdəmir Təhsil Şöbəsinin müdiri Natiq Tarverdiyevdir. Həm yerli adamdır, həm gənc və perspektivlidir. Adı korrupsiyada hallanmayıb. Vəzifəyə gələndən Kürdəmirdə təhsilin səviyyəsi yüksəlib. Ümumiyyətlə türk litseylərinin məzunlarının adı rüşvət qalmaqallarında hallanmır.
Rəqiblər onlara bəzən nurçu damğası vursa da belə, Natiq Tarverdiyevin namizədliyi yuxarı dairələrdə də bəyənilir. Yaqin ki, yaxın vaxtlarda Kürdəmirdə kordinal dəyişikliyi görəcəyik.

 

P.S. Mozalan.az-a daxil olan məlumata görə Ceyhun Cəfərov Kürdəmirin Şilyan kəndi ərazisində  1993-cü ildə məskunlaşmış qaçqınlardan da hədə qorxu ilə külli-miqdarda rüşvət alıb. Bu haqda araşdırmamız olacaq. 

Bənzər xəbərlər

Gündəm