TənqidNov 30

"Laza” otel - Əxlaqsız yuvaya doğma kəndinin adını verən şəxs kimdir? (FOTOLAR)

Dünyanin ən ağrılı problemlərindən biri də insan alveridir. Maddi durumun çətinliklərini bəhanə gətirən bəzi qadınlara asan yolla qazanc əldə etmək şansı yaradan bir çox iaşə obyektləri əslində insan alverinin tüğyan etdiyi ən münbit məkanlardır. Tutduğu əməlin ictimai təhlükəli, mənəvi cinayət olduğunun fərqinə varmadan bədənini satan qadınlar bir yana, buna zəmin yaradan kişi sahibkarlar əldə etdikləri gəlirin ətrindən olsun ki, bihuş görünürlər. Onların bu əməlinə şərait yaradan yerli rəsmi strukturların isə guya heç nədən xəbəri yoxdur. Çörəklərinə haram qatanların özləri də bilmədən cinayət törətmiş olurlar. Belə "İŞ ADAM"ları şəhərdən nisbətən kənar guşələrdə restoranlar açıb, oranı fahişəxanaya çevirirlər. 

Azərbaycan Cinayət Məcəlləsində bu hərəkət "Əxlaqsızlıq yuvaları saxlama” kimi xarakterizə olunur və müxtəlif müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əslində restoran, fəaliyyət istiqamətinə görə isə bu tip "fahişəxanalar” Bakıətrafı qəsəbələrdə yetərincədir. Onları saxlayan və ya himayədarlıq edənlər isə kifayət qədər böyük nüfuz sahibləridirlər. Sözsüz ki, "yuxarıarla” bu və ya digər formada "əməkdaşlıq” etmədən belə yerlərin fəaliyyət göstərməsi mümükünsüzdür. Xırdalan-Masazır yolunun sol tərəfində, yoldan təxminən 100-200 metr aralı məsafədə yerləşən "LAZA” restoranı əslində insan alverinin, daha dəqiqi isə qadınların özlərini satdıqları məkandır.
"Laza” otel  - Əxlaqsız yuvaya doğma kəndinin adını verən şəxs kimdir? (FOTOLAR)
Paytaxt.org bildirir ki, "Laza” oteli adlandırılan bu priton bilavasitə Masazır kəndinin içərisində, yaşayış evlərinin əhatəsində yerləşir. Təbii ki, bu vəziyyət kənd sakinlərini son dərəcə narahat edir. Lakin təəssüflər olsun ki, dəfələrlə müxtəlif instansiyalara olunan şikayətlərdən hələ də heç bir nəticə çıxmır. Bu əxlaqsızlıq yuvası fəaliyyətini durmadan genişləndirdikcə, ətraf evlərdə yaşayan sakinlərin də narahatlıq hissləri artır. Lakin "Laza” otelinin müdiri olan və yaxud da bu obyekti icarə əsasında işlədən Süleyman adlı şəxs qonşularının ittihamlarını tam etnasızlıqla qarşılayır. Nəzərinizə catdırırəq ki, "Laza” otelinin də, məşhur "Laza” xalça sexinin də sahibi eyni bir şəxs, Dağlar Səfərovdur.
"Laza” otel  - Əxlaqsız yuvaya doğma kəndinin adını verən şəxs kimdir? (FOTOLAR)
Elə obyektlərini anadan olduğu Qəbələ rayonunun Laza kəndinin adı ilə adlandırmaq da onun öz ideyasıdır. Xalça sexi bir qırağa, amma fahişəxanaya doğma kəndinin adını vermək heç bir məntiqə sığmır. Artıq dəfələrlə qeyd etdiyimiz kimi, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir.

Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Ölkənin müxtəlif yerlərində təşkil olunan əxlaqsızlıq yuvaları öz çirkin işlərini min bir üsulla pərdələməyə hələ də nail ola bilirlər. Masazır kəndi ərazisində fəaliyyət göstərən "Laza” otelinin ətrafında cərəyan edən proseslər də bunu bir daha təsdiq edir.
"Laza” otel  - Əxlaqsız yuvaya doğma kəndinin adını verən şəxs kimdir? (FOTOLAR)
Mənbələr bildirirlər ki, "Laza” otelinin sahibləri hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında "reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə, yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən "Laza” otelinin təbliği gedir. 

Oda aydındır ki, bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. Əgər belə bir "obyekt” davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Məhz bu səbəbdən də kənd sakinləri bu problemin həllində yerli hüquq-mühafizə orqanlarına artıq güvənmədiklərindən, kütləvi informasiya vasitlərinin köməyilə məsələni Daxili İşlər Nazirliyinin rəhbərliyinin və müvafiq struktur bölmələrinin diqqətinə çatdırmağa çalışırlar. 

Qarşı tərəfi

də dinləməyə hazırıq

Bənzər xəbərlər

Gündəm