TənqidNov 29

Gömrük müavini şikayətləndi :"Acından ölürük"

Bu gün Gömrük Komitəsində "paket sistemi" ləğv edilib.

Bunu mozalan.az-a Səfər  Mehdiyevin müavinlərindən biri  şikayətlənib:

"Səfər müəllim gələndən ac qalmışıq. Nəinki şöbə rəisləri, hətta müavinlər belə "paket"dən məhrum olub. Qalmışıq quru maaşın ümüdinə.

Bilmirik nə edək. Heyif deyildi köhnə vaxtlar..."

Qeyd edək ki, Aydın Əliyevin vaxtında aylıq "paket"i 10 min manata çatan şöbə rəisləri vardı. Müavinlər bundan 3-4 dəfə çox ala bilirdilər.

 

Bənzər xəbərlər

Gündəm