KarikaturaNov 23

"Gedin barama saxlayın, yoldaş Zülümovun əmridi" - Alı Alıyev təhsili iflic edib

Füzuli İcra Hakimiyyəti başçısı  Alı Alıyev  kənd təsərrüfatını dirçəltməyin yolunu tapıb.

Mozalan.az-a verilən məlumara görə  o  yerli RTŞ-nın müdürəsi Ramella Məmmədovaya əmr verib ki, bəs məktəb direktorlarını yığ, göstəriş ver ki, baramaçılıqla məşğul olsunlar. Hardan yer götürürlər, götürsünlər.

Təhsil şöbəsinin müdirəsi də bu tapşırığı çatdırıb. Deyib yoldaş Zülümovun əmriidi. Əmrdən çıxan, işdən çıxacaq. Məktəb direktorları da öz növbəsində müəllimlərə baramaçılıqla məşğul olmağın faydası haqda danışıblar. Və sonra deyiblər ki, hamınız  barama saxlayn.

Xülasə, indi həm direktorlar, həm müəllimlər çaşqınlıq içindədirlər. Tədris ilinin ortasında barama qurdunu müəllim yemlədəcəkcə, dərsi kim deyəcək?

 Alı Alıyev "Baramaçılıq Haqda Dövlət Proqramı"nı yaqin oxumayıb. Orada yataqların salınması və diğər şeylər haqda ətraflı yazılıb.

Amma deyilməyib ki, rayon təhsilini iflic elə, bas müəllimləri baramaçılığa.

 

 

 

Bənzər xəbərlər

Gündəm