Jun 16

“Cinayətkarı həbs etmirlər”-Vətəndaş nazirə müraciət etdi

Qusar şəhəri, H. Əliyev prospekti, 1 saylı evdə yaşayan Hacıkərimova İlhamə Mövliddin qızı Reportaj.tv-yə şikayətlə müraciət edərək bildirib ki, yuxarıda göstərilən, ona məxsus olmayan evdə yaşayır. Və həmin mənzildən ona məxsus olan qızıl-zinət əşyaları oğurlanıb. Cinayətkar tutulsa da məsuliyyətə cəlb olunmur.

Vətəndaş Hacıkərimova Azərbaycan Respublikası Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə müvafiq

 

 

ŞİKAYƏT

 

Cənab Nazir!

 

 

2021-ci ilin mart ayında yaşadığım Qusar şəhəri, H. Əliyev prospekti, 1 saylı evdən edilmiş oğurluq hadisəsində şübhəli bilinən, əvvəllər məhkum olmuş Qusar şəhəri, M. Vəliyev küçəsi 92 saylı ünvanda qeydiyyatda olan Əlipoladov Zaur Mahmud oğlu barəsində Qusar Rayon Polis İdarəsinin müstəntiqi Ümüd Xankişiyev tərəfindən 17.05.2021-ci il tarixli axtarış qərarı qəbul edilmişdir. Lakin qərar bu günədək lazımı qaydada icra edilməmişdir.

Belə ki, şübhəli şəxs Əlipoladov Zaur Mahmud oğlu hazırda Xaçmaz rayonunda yaşamaqla, orda sərbəst hərəkət edir. Lakin onun tutularaq istintaqa təhvil verilməsi barədə heç bir əməliyyat tədbirləri görülmür. Bunun da nəticəsində həmin şəxs məsuliyyətdən kənara qalmaqla növbəti cinayətini törədə bilər və bəlkə də artıq törədib.

Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 6-cı maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri - əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını icra etməkdir.

Yuxarıda göstərdiklərimə əsasən Sizdən

 

XAHİŞ EDİRƏM:

Qusar Rayon Polis İdarəsinin 17.05.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş və hazırda Xaçmaz rayonunda yaşayan Əlipoladov Zaur Mahmud oğlunun tutularaq istintaqa təhvil verilməsi üçün ciddi əməliyyat tədbirləri keçirilsin.”

“Cinayətkarı həbs etmirlər”-Vətəndaş nazirə müraciət etdi
“Cinayətkarı həbs etmirlər”-Vətəndaş nazirə müraciət etdi

 

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.028349161148071