Jun 11

Zərdabın icra başçısı üçün HƏBS TƏHLÜKƏSİ..

Zərdabın icra başçısı üçün HƏBS TƏHLÜKƏSİ...
Turba ( durba), boru söhbəti düşəndə ən çox ağlımıza 2-3 misra şeir və Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalov gəlir.
Deməli bütün dünya tüstüyə, atmosferin çirklənməsinə qarşı olanda, ekoloji-saf mühit yaradanda biz yazırdıq:

Nə gözəldir axşam üstü,
Durbalardan çıxan tüstü…

Rəhmətliyin oğlu camaatı tüstüdə boğmaq istəyirsən?
Onsuz da Mərdan Camalov kimi məmurların əlindən camaat bezib, boğulur ee…
Hə, o biri misranı da deyim keçək Camalova.

Durbalar keçdi səndən vətən….

Bunu əbəs yerə demədik.

Bəli,mətbuatda yazılanlara görə,Şirvanın icra başçısı olan Mərdan Camalov 3 kilometr, yəni 3000 metr uzunluğunda yeraltı qaz turbasını oğurlayıb.
Oxucular düşünə bilər ki, yerin altı hara, qaz hara, turba hara, icra başçısı Mərdan Camalov hara ?
Bunu bilmək üçün Mərdan Camalovun ömür yoluna nəzər salaq.
Deməli, Mərdan Camalov 4 il Sabirabadda coğrafiya müəllimi işlədiyi zaman, bir gecə yuxuda ona vergi verilir. Və səhəri gün coğrafiya müəllimi məktəbi, dərsi-zadı tərgidib gəlir Dəri zavodunda adi çilingər işləməyə.
Qohum-əqrəba, tanış-tunuş fikirləşir ki, yəqin Mərdan müəllimn başına “hava-qaz” gəlib.
Mərdan müəllim and içir, aman eləyir ki, mənimki xəritə-zad, coğrafiya-dərs-zad deyil, mənimki havadır, qazdır, başıma da hava-zad gəlməyib.
Doğrudan da, bir neçə ildən sonra coğrafiya müəllimi-çilingər olan Mərdan Camalov olur “Azəriqaz”da rəhbər şəxs.
Şirvan camaatının əli qalır üzündəki, vay, biz elə bilirdik bu havalanıb, amma bu deyirdi axı, yuxuda mənə qaz verdilər, elə bu imiş.
Bəli, yuxuda qaz vurulan Mərdan Camalov bir müddət sonra olur Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı. O dəqiqə qaz turbaları yadına düşür və Azəriqazda işlədiyi zaman bütün yeraltı qaz turbalarının xəritəsini əzbər bilirdi.
Və əməliyyat başlayır.
Təsəvvür edirsiniz, bütün xalqın, cəmiyyətin, dövlət qurumlarının gözü qarşısında 3000 metr uzunluğunda , iridiametrli qaz turbalarını rayon prokurorunun razılığı ilə doğrayıb satırlar. Bu biznesə hətta ozamankı baş prokuror Zakir Qaralov da şərik olur.
O zamandan Mərdan Camalov sözün həqiqi mənasında milyonçu olur.
Məsələ turba ilə bitmir.
Mərdan Camalov Şirvanın ozamankl prokuroru Həsən Hənifəyevlə birgə rayon ərazisindəki, beton zavoduna gedən dəmir yolu relslərini də doğrayıb satdırır.
Təsəvvür edirsiniz, bu boyda milyonlara sahib olan adam nəyin davasını edir ? İnanmaq olmur ee..
Deyilənlərə görə,Rayonun baş həkimi hər ay Mərdana aylıq verir. Pandemiya dövründə aylıq azaldığı üçün Mərdan baş həkimi hamının qarşısında təhqir edir və utanıb-qızarmadan özü gedib xəstəxanadakı xəstələri sayır ki, görsün baş həkim buna atır yoxsa, yox ...
Bunun adı nə rüşvətdir, nə korrupsiyadır, nə də filanşey...
Onu da nəzərə alaq ki, Mərdan Camalovun mərhum qardaşı Yavər Camalov ölkənin Müdafiə Sənayesi naziri olduğu üçün Mərdana söz deyə bilən olmurdu.
Mərdan Camalovun digər qardaşı isə Əlikram Camalov isə “Hacı Camalxan” Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.
Ölkədə bu boyda savaş olub, şəhid olanlarımız, qazilərimiz, əlillərimiz var. Mərdan Camalov isə Əlillərin Bərpa Mərkəzindən aylıq tələb edir ? Daha nə yazasan, nə deyəsən ?

Məlumdur ki, bir neçə ay əvvəl dövlət qurumları Zərdabda əməliyyat keçirib icra nümayəndəsi, bələdiyyə sədri həbs olunub, icra hakimiyyətinin baş memarı saxlanılıb və s.
Mərdan Camalov isə müxbirə deyir ki, özünüzdən Amerika çıxartmayın...
nə həbs-zad, ay yoldaşlar, mən öz yerimdəyəm,mən onları 1 ay əvvəl işdən çıxartmışdım,saytlar bilmir ki, Allah göydən baxır.Sevinənin Allah öz başına gətirsin...
Həqiqətən də adam yazmağa söz tapmır ki, bu ağılda adam necə icra başçısı ola bilər axı ?
O boyda qurum rayonda əməliyyat keçirib, həbslər var, icra başçısı isə deyir ki, həə, yoldaşlar gəlmişdi...
Mərdan müəllim, o yoldaşlar sənin nümayəndələrini həbs edib. Başa düşürsən ?
Mərdan müəllim deyirsən ki, o tutulanı 1 ay əvvəl işdən çıxartmışdım...
Ay yoldaş, dövlət idarəçiliyində 1 ay əvvəl, 3 ay sonra yoxdur ee. O gün nazir Sahil Babayev də deyir ki, mənim dövrümdə olmayıb, Səlimin dövründə olub. Sizlər dövlət idaarəçiliyinin elementar qaydalarını bilmirsiniz ee, Mərdan Camalov.
Medianı niyə söyüb qarğış edirsən, ay Mərdan müəllim ?
Şəstlə müxbirə deyirsən ki, mən öz yerimdəyəm.
Mərdan müəllim siz öz yerinizdə deyilsiniz. Yoldaşlar sizi layiq olduğunuz yerə aparacaqlar. Lap az qalıb.

Bir də Bakıdakı evlərinə nəzarət elə ha...

İndi isə Camalov qardaşlarının biznes imperiyasına baxın:

“İnqilab” küçəsində böyük ticarət və xidmət obyektləri var. «Aksessuar İnşaat», «Çinar market» şəbəkəsi.
Bundan əlavə «Kral» şadlıq evi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambassador» hoteli və restoranı, «Qızıltac» və «Niaqara» restoranları,
Bakının «Milyonçular məhəlləsi» adlanan ərazidəki 10 milyonluq villa. Saymaqla bitən deyil.
Konkret Mərdan Camalov Şirvanda kifayət qədər torpaq sahəsi, iaşə obyektləri ələ keçirib. Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə dırnaq arası sayğısı olduğundan adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M.Camalova çatır. Həmin obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdir. Qalmaqallı "Muray MMC” şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı.
Rayondakı "Leyla” şadlıq sarayının, “Şirvan” Ticarət Mərkəzinin də əsl sahibi məhz Mərdan Camalovdur.
Bir məsələni də xüsusi olaraq qeyd edək.
Mərdan Camalov hər gün DYP-nin müşaiyəti ilə pərdəli şəxsi avomobildə işə, evə başqa yerlərə gedib-gəlir.
Sən kimsən axı, yoldaş Mərdan Camalov ?

İndi isə xarici mətbuatda Camalovlara məxsus olduğu bildirilən siyahını yazıya əlavə edirik :

Bakı şəhər Nərimanov rayonunda:
“KRAL” şadlıq sarayı;
“Anatolia” oteli;
“Premyer” oteli;
“Admiral” oteli.
“Ambiance” oteli;
“Aksesuar inşaat” mağazası;
“Azərbaycan İsrail” klinikası;
Nərimanov rayonu ərazısində onlarla qeyri yaşayış və yaşayış sahələri;
Teymur Əliyev və Həsən Əliyev küçələrində yerləşən bir neçə dəbdəbəli villa.
Nəsimi rayonunda:
”Ambassador” oteli;
“Niaqara” restoranı;”Veqas”
“Niaqara” şadlıq sarayı;
“Olimpik Star” əyləncə mərkəzi;
“Qızıl Tac” şadlıq sarayı;
“Niaqara” restoranına bitişik “Araz” marketin binası;
“Niaqara” şadlıq sarayına bitişik pullu avtomobil dayanacağı;
“Olimpik Star” əyləncə mərkəzinə bitişik böyük sahəyə malik pullu avtomobil dayanacağı;
“Vətən” kinoteatrının yaninda ticarət mağazaları;
Füzuli kücəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsi;
Həsən Əliyev 13 ünvanda yerləşən “Avtomobil Təmiri Mərkəzi”;
Bakı Sağlamlıq Mərkəzinin yaxınlığında yerləşən torpaq sahəsi.
Səbail rayonunda:
“Neftlayihətikinti” ASC və onun bütün əmlakları;
“Fəvvarələr meydanı” deyilən ərazidə yaşayış və qeyri-yaşayış sahələri;
Badamdarda bir neçə dəbdəbəli villa, həmçinin özlərinin yaşadıqları iki dəbdəbəli villa.
Yasamal rayonunda:
Yasamal rayonu Cəfər Cabbarlı küçəsində “Yapıkredibank”-ın fəaliyyət göstərdiyi 3 mərtəbəli bina;
Bakı Apellyasiya Məhkəməsi yaxınlığında 2 ədəd dəbdəbəli villa.
Binəqədi rayonunda:
“ATRİUM” əyləncə mərkəzi və ona bitişik 1 ha-a yaxın torpaq sahəsi;
Cratos Hall şadlıq sarayı və ayrıca restoranı
“VEQAS” İdman Mərkəzi;
2 mərtəbəli PUB bar;
“Vorovski adlanan ərazidə böyük sahəyə malik pullu avtomobil dayanacağı;
Bakıətrafı qəsəbələrdə və rayonlarda:
Mərdəkanda “Arzu” restoranı və böyük bir villa,
Buzovna, Türkan, Zirə, Şüvələn qəsəbələrində böyük ölçülü torpaq sahələri və onların içərisində inşa edilmiş çoxlu sayda dəbdəbəli bağ evləri;
Şirvan, İsmayıllı (Xənəyə kəndində),
Quba (Qəçreş ərazisində),
Xaçmaz (Nabran qəsəbəsində),
Xızı (Altıağac, Qızılqazma)
Şamaxı (Çuxuryurd) rayonlarında böyük ölçülü torpaq sahələri. Onların bəzilərində də dəbdəbəli bağ evləri tikilib.
Qusarda – “Şahdağ” Turizm Mərkəzinin ərazisində 1,2 ha. torpaq sahəsi və sair.
Səfirliklərə kirayə verdikləri villalar, məsələn Əfqanıstan səfirliyi, Çin səfirliyinin uşaq baxçası. Həmçinin Azure – Yeni Həyat yaşayış kompleksində evlər və saysız-hesabsız digər kirayə verilmiş mənzillər Camalovlara məxsusdur.
Maşınlar və sahib olduqları nömrələr:
Toyota Land Cruiser / 90-EH-999
Bentley Continental GT / 99-EE-100
Mercedes S-Class / 99-EE-100
Mercedes C-Class / 10-EE-100
Range Rover Velar 2019 / 10-EE-100
BMW X7 Sport 2019 / 99 -AA -085
Mercedes Benz GLE Coupe 2018 / 99-EE-100
Porsche Cayenne 4.8 S Turbo MANSORY / 10-KO-100
Digər nömrələr: 99-TT-085, 90-DK-009, 10-PP-788, 10-YY-788. 99-AA-788. 90-AA-778, 90-EH-999, 90-PP-999, 10-EA-100, 10-AZ-733, 90-AZ-733, 99-AZ-733, 10-KO-100, 10 -AA -085, 90-AA -085, 99 -AA -085, 10-AA-183

Yoldaş CAMALOV! BU QƏDƏR MÜLKÜ HARA APARACAQSINIZ ?
SİZİ O YOLDAŞLAR APARSALAR BU MÜLKLƏRİN HESABATIN VERƏ BİLƏCƏKSİNİZMİ ? //gundelik-baku.com//

Bənzər xəbərlər

Gündəm

0.083699941635132