Apr 09

Saxta əlillik və pensiya verənlər niyə həbs olunmurlar? – Nazir danışır, amma...

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, son 3 il ərzində əlillik müddətinin uzadılması ilə bağlı saxtakarlıqlar aşkarlanıb. Nazirin sözlərinə görə, həmin şəxslərin əlilliyi ləğv edilib.S.Babayev qeyd edib ki, ötən 3 il aparılan araşdırmalar zamanı 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib: “Bu saxta işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox idi”.

Ölkəmizdə saxta əlillik və digər sosial müavinətlərlə bağlı vəziyyət ürəkaçan deyil. Çoxlu sayda tədbirlərin görülməsinə rəğmən, bundan nəticə çıxaranlar demək olar ki, yoxdur.

Maraqlıdır, bu qanunsuzluqları “düzüb-qoşan” neçə məmur məsuliyyətə cəlb edilib? Qanunsuzluğa son qoymaq üçün nə kimi effektiv tədbirlər görülməlidir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, sosial müdafiə sahəsində dəfələrlə qeyri-qanuni işlər barəsində mətbuatda yazılar olub. Hətta bu sahədə həbslər də var:

“Bir çox rayon şöbələrinin müdirləri və yüksək vəzifəli məmurların həbsini görmüşük. Amma məsələ kökündən həll edilməyib. Saxta əlillik və digər sosial müavinətərin təyin olunması baş verir, bununla bağlı ciddi problemlər var.

Görünən odur ki, heç də bütün günahkarlar cəzalandırılmayıb. Cəzasızlıq mühiti gələcəkdə belə hadisələrin təkrarlanması ehtimallarını yaradır. Amma tək cəzalarla da iş bitmir.

Ümumiyyətlə, elə bir şəffaf mexanizm, insan faktorunun minimuma endirilmiş variantını tətbiq etmək lazımdır ki, gələcəkdə belə neqativ hadisələrin yaşanması mümkünsüz olsun. Söhbət həm də mövcud sistemin problemlərindən gedir.
Yəni elə bir sistem qurulmalıdır ki, gələcəkdə bu tipli xoşagəlməz hallar baş verməsin”.

Bənzər xəbərlər

Gündəm

0.074086904525757