Dec 12

Gürcü sahibkarın mallarını kim mənimsəyib-ŞİKAYƏT

 

 

 

Yasamal rayonu, M.Muxtarov ,dalan 4 ev 3 – də müvəqqəti yaşayan Janaşiya Leyla Mixailovna prezident İlham Əliyevə, Azərbaycan Respublikası baş Prokuroru Kamran Əliyevə və Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət edərək əmlakının mənimsənilməsi ilə bağlı kömək istəyib.
Həmin müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Prezident !!!
Hörmətli Prokuror!!!
Hörmətli Nazir!!!


Yazıb Sizə bildirirəm ki, mən Gürcüstan vətəndaşıyam, 1996- cı ildən Azərbaycana gəlib- gedirəm. Özüm qədim (antekvar ) əşyaların alqı -satqısı ilə məşğul olurdum.Təxminən 2006 –ci ildə Gürcüstan Respublikasının vətəndaşı, milliyyətcə azərbaycanlı olan Rebeka Saxtarova adlı qadın mənim etibarımdan sui- istifadə edərək mallarımın ona məxsus olduğunu bildirdi. O mənə məxsus olan əşyalarımı bu günə kimi qaytarmaq istəmir. Mən xarici vətəndaş olduğum üçün , azərbaycan dilini bilmədiyim üçün Rebeka mənim başıma çox oyun gətirdi.
Bununla bağlı mən Prezidentə , , Baş Prokurorluğa, Daxili İşlər Naziri Vilayət Eyvazova , Gürcüstan Səfirliyinə , Səbail rayon Polis İdarəsinə saysız –hesabsız şikayət ərizələrlə müraciət etdim.

Cənab Prezident

Hal –hazərda Səbail rayon müstəntiqi Müslüm Quliyev əşyaların mənə məxsus olması barədə qərar qəbul etmişdir. Lakin “Köhnə BUM”un sahibi Rahim Məmmədov əşyalarımı qanunsuz olaraq saxlaması , mənə qaytarmasından imtina etməsi onun qarşı tərəflə əlbir olmasını sübut edir.
Xahiş edirəm ki, Rebeka Saxtarova və Rahim Məmmədov barəsində ciddi ölçü görəsiniz! Müstəntiqin verdiyi qərarı əsas götürərək mənim əşyalarımın mənə qaytarılmasını təmin edəsiniz!!! Xahiş edirəm əşyalarımı əsasız saxladıqlarına görə onların barəsində ciddi barəsində ciddi ölçü götürəsiniz.
Leyla Janaşiya"
Baki Univermağının sahibi gürcü sahibkarın mallarını mənimsəyib-ŞİKAYƏT

Bənzər xəbərlər

Gündəm

0.041128873825073