GündəmNov 25

44 günlük Vətən müharibəsində Azərbaycana dəstək olan və qarşı çıxan dövlətlər..

30 ildə ilk dəfə Rusiya fərqli mövqe nümayiş etdirdi. Rusiya ona qarşı ola biləcək iqtisadi sanksiyaları nəzərı alıb. Qərb dünyası Rusiyanı şərqdə iflasa uğratmaq üçün kiçik bir boşluq axtarır. Kreml bunun fərqindədir.

Rusiya Çinlə münasibətləri yaxşı saxlayır, lakin Çin Uzaq Şərqdə yerləşir. Balkanlarda, Orta Şərqdə, Qafqazda isə Rusiyaya ən yaxşı müttəfiq Türkiyədir! Kreml bunu yaxşı anlayır! Məhz Rusiya XİN Sergey Lavrovun Türkiyə Qarabağda real faktora malaikdir,həmçinin təkcə Qarabağda deyil digər mühüm yerlərdə də Rusiya ilə real faktorlara malidkir deməsi buna dəlalət verir. Qərb Türkiyə ilə Rusiyanı qarşı – qarşıya gətirməyə çalışır..

Fransa anti-türk, anti-islam siyasəti yeridir. Qarabağda müharibəsində də Ermənistanım yanında olduğunu bildirərək Azərbaycan qarşı təzyiqlər sərgilədi. Fransanın belə bir siyasət yeritməsinə əsas səbəb Türkiyə amilidir. Livyada,Suriyada-Orta Şərqdə Türkiyə tərəfindən sıxışdırıldı. Türkiyə həmişə olduğu kimi, 2-ci Qarabağ müharibəsində də qəti addım ataraq Azərbaycanın yanında oldu. Fransa da Türkiyənin Qafqazda güclənməsini qəbul etmək istəmədiyindən anti-Azərbaycan mövqeyi tutdu.

Lakin bu da faydasız oldu. Son anda Makronun Qarabağ və ətraf rayonlar BMT səviyyəsində Azərbaycana məxsusdur deyə bildirməsi Cənubi Qafqazda da Fransanın uduzduğunu göstərir. Rusiyanın vasitəçiliyi ilə münaqişə tərəflər atəşkəs bəyanatı imzaladı. Azərbaycanın öz torpaqlarına geri qaytarılmasını nəzərdə tutan bir bəyanat. Lakin Fransa yenə buna etiraz edərək Dağlıq Qarabağ’ın müstəqilliyini tanıyacağını vurğuladı. Lakin bu çox da mühüm rol deyil. Çünki əsas söz sahibi Qarabağda Rusiya və Türkiyədir artıq. Digər bir dövlət isə İrandır ki, bu müharibədə medya qarşısında Qarabağ Azərbaycanındır dedisə də, pərdəarxasında Ermənistana silah-sursat yardı elədi.

Ərazisindən Ermənistana yardım üçün gedən terror qruplaşmasının keçməsi şərait yaratdı. İran yaxşı bilir ki, İsrail ilə Azərbaycanın əlaqələri yaxşıdır. 2-ci Qarabağ müharibəsində Türkiyə, Pakistan kimi İsrail də qəti addım ataraq Azərbaycanın yanında olduğunu və hər cür yardım etməyə hazır olduğunu bildirdi.. İsrail ilə İran arasında vəziyyət eskalasiya formatındadır. Bunun üçün İran Azərbaycanın yanında olduğunu bildirdi son məqamda. Həmçinin Cənubi Azərbaycan torpaqlarının da növbəti hədəf olacağını düşündü.

Gürcüstanın mövqeyi isə Azərbaycan lehinə oldu. Ermənistan giriş Gürcüstan və İran ərazisindən təmin olunurdusa, Gürcüstan öz ərazisindən ermənistana yardım edilməsinə izin vermədiyini bildirdi. Yaxşı bəllidir ki, Abxaziya, Cənuni Osetiya da Qarabağ vəziyyətindədir(Qarabağ çıxdısa da bunlar qaldı). Həmçinin Ermənistan Gürcüstan bir neçər ərazisinə iddia irəli sürür. Amerika daha maraqlı mövqe tutdu. Müharibə başlayandan başı Prezident seçkilərinə qarışdı. Tərəflərin XİN Vaşinqtona dəvət edərək müzakirələr apardı. Amerika Rusiyanın bölgədə nüfuzunun güclənməsini istəmir. Rusiya vasitəsilə atəşkəs imzalandıqdan sonra ABŞ XİN Pompeo Fransaya, sonra isə Türkiyəyə səfər etdi. Səfərin məqsədi Rusiya əleyhinə ittifaqidi. Lakin çox da uğurlu olmadır. Ümumi baxışa əsasən Azərbaycanın Ermənistan üzərindəki qələbəsi onun beynəlxalq aləmdə nüfuzunu gücləndirdi..

Kaim.az

Elman Vəliyev

Bənzər xəbərlər

Gündəm