Nov 12

Kəlbəcərin işğalı zamanı terrorçu Melkonyan azərbaycanlılara 10 saat vaxt vermişdi - Bunların şərəfinə tüpürək...

Erməni hərbi birləşmələri 1993-cü ildə Kəlbəcər rayonuna hücum edərək rayonu mühasirəyə alıb. Həmin vaxt erməni işğalçılarının tərkibində olan erməni əsilli ABŞ vətəndaşı, terrorçu Monte Melkonyan Kəlbəcər sakinlərini hədələyərək onlara öz doğma yurdlarından çıxmaq üçün cəmi 10 saat vaxt vermişdi.

Modern.az-ın məlumatına görə, Kəlbəcərin işğaldan azad olunacağı xəbərindən sonra Melkonyanın azərbaycanlılara müraciətini əks etdirən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Qeyd edək ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanata əsasən Ermənistan silahlı qüvvələri noyabrın 15-dək işğal altında olan Kəlbəcər rayonunun ərazisini tərk etməli, orada məskunlaşan dinc ermənilər rayondan çıxmalıdır. Razılaşmaya görə, ermənilərin Kəlbəcər rayonundan təhlükəsiz çıxarılmasını bölgəyə gətirilən sülhməramlı qüvvələr təmin edəcək. Sənədə əsasən Kəlbəcər rayonu noyabrın 15-dək boşaldılaraq Azərbaycana təhvil verilməlidir.

Bənzər xəbərlər

Gündəm

0.076006889343262