TənqidAug 25

Abşeronun ən gözəl parkı məhv edilir - Rəsmi açıqlama/ FOTO

 

Abşeron rayonunun ən gözəl parkı olan, Xırdalandakı
Heydər Əliyev parkında ağaclar kütləvi şəkildə məhv edilir.

 

BakiPost.az xəbər verir ki, sakinlərin müxtəlif

 

aidiyyəti qurumlara müraciətlərinə və mətbuatda dəfələrlə tirajlanan yazılara
baxmayaraq, hündür ağacları ilə məşhur olan parkdakı yaşıllıq məhv edilir.
Xırdalan sakinlərinin saytımıza verdiyi məlumata görə, ağacların qırılması əmri
birbaşa Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilib. Sakinlər şikayətlərindən
sonra ağacların hiylə işlədilərək qırıldığını bildirilir: "Əvvəl gecə
qırırdılar ki, camaat görüb şəkil, video çəkib, şikayət edə bilməsin. İndi isə
ağacları əvvəl qurudurlar, sonra da kəsirlər. Belə edirlər ki, soruşanda desinlər
ki, qurumuşdu, heç bir məsuliyyət də olmasın”.

Xırdalan camaatı bu yerin obyekt tikintisiyçün
hazırlandığını bildirir:
 "Bizdə olan məlumata görə, burada obyekt tikəcəklər.
Özü də elə adam tikir ki, heç kim qarışa bilmir. 102-ə zəng edirik gəlmirlər.
Göz görə-görə yaşıllığı düzəngaha çevirirlər”.


Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin
mövqeyini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf
mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev isə saytımıza
açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:
 "Abşeron rayon İcra
Hakimiyyətinin mənzil təsərrüfat kommunal birliyindən nazirliyə müraciət daxil
olub. Bildirilib ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında
ağaclar quruyur. Həmin ağacların kəsilib yerində yenilərinin əkilməsi üçün
nazirlikdən icazə istənilib. Bizim mütəxəssislərimiz də yerində baxış keçiriblər.
Orada, şam, sərv və müxtəlif cinsli çoxsaylı ağacların quruduğu aşkarlanıb.
Ekspertiza rəyinə əsasən yerində ağac əkilməsi şərtilə kəsilməsinə icazə
verilib. Hər hansı bir obyektin tikintisindən söhbət getmir. Quruyan ağaclar
yenisi ilə əvəz edilir”/

 

R. Mirzəyev "ağacların quruma səbəbi nədir” sualına
isə belə cavab verib:
 "Təbii şəkildə quruyur. Şam ağacı, sərv və bir çox müxtəlif
ağaclardır. Hansısa təsirlərdən quruyurlar. Kəsilib yeniləri ilə əvəz olunması
qanunvericiliyə uyğun şəkildə aparılır”. Nazirlik rəsmisinin bu dediklərinə
baxmayaraq, kəsilən ağacların heç birinin əvəzinə yeni ağac əkilməyib. Üstəlik,
"özü quruyan” ağacacların hamısı müəyyən kvadrtatmetrlik ərazidədir. Yəni açıq
görünür ki, ağaclar müəyyən ölçülü, tikiliyə yararlı olan sahəni əldə etmək
üçün "quruyur”.


 








 


Xatırladaq ki, təkcə bu il ərzində Abşeronda
ağacların qırılmasıyla bağlı mətbuatda xeyli yazılar dərc olunub. Onlardan ən
sonuncusu dekabrın əvvəllərində Azadlıq radiosunda tirajlanıb. Yazıda
bildirilir ki, dekabrın 1-dən 2-nə keçən gecə Xırdalandakı Heydər parkına gələn
ağackəsən dəzgahlarla, azı, 50 ağacın ömrünə son qoyulub. Park çevrəsində
yaşayan sakinlərin kəsimi dayandırmaq cəhdləri heç bir nəticə verməyib.


 


Məlumat üçün bildirək ki, Abşeron rayon İcra
Hakimiyyətinin başçısı İradə Gülməmmədovadır. Hesablama Palatasının bir neçə
gün əvvəl sözügedən icra hakimiyyətində apardığı audit nəticələri isə qurumda
ciddi qanun pozuntularının olduğu bildirilirdi.


 


 


BakıPost


 








Bənzər xəbərlər

Gündəm