Jun 26

Vətəndaş əyri yol gedən hakimlərdən prezidentə şikayət yazdı

Cəlilabad Şəhəri ,Heydər Əliyev Prospekti,ev118,mənzil 26-da qeydiyyatda olan,hazırda Bakı şəhəri ,Nərimanov rayonu, Ülvü Bünyadzadə küçəsi, ev 10 , mənzil 11-də yaşayan Səfərli Sevinc Ramiz qızı preziden İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova və Məhkəmə Hüquq-Şurasına saytımız vasitəsilə müraciət edib.
Həmin müraciəti olduğu kimi dərc edirik:
"

Hörmətli Cənab Prezident!!!
Hörmətli Cənab Nazir!!!
Hörmətli Hüquq Şurası!!!
Sizə təkrar –tərar Müraciət edirəm!!!! Siz Sonuncu çıxışınızda bildirdiniz ki, hansı məmur əyri yolla gedirsə mənə xəbər göndərin!!!
Allah canınızı sağ eləsin!!! Ona görə də mən Sizə müraciət edirəm,Cənab Prezident!!! Mən Həsənov Ramil Barat oğlu ilə 7 il qeyri –rəsmi ər –arvad münasibətində yaşamışıq. Ramil bu münasibətdən məndən çox istifadə edib. Növbəti dəfə 06.06.2017 –ci il tarixdə o mənə zəng edərək məni Nərimanov rayonunda yerləşən “Nyu York “klubuna dəvət etdi. Orada çay içərkən ora iki nəfər əli bıçaqlı gələrək Ramil Həsənovu və məni ölümlə hədələdilər. Sonra mənə hədə yolu ilə, guya mənim Ramil Həsənova 15 min ABŞ dolları borcum olduğu barədə qəbz yazdırdılar. Qəbzləri özləri ilə apardılar. Bayıra çıxdıqda mən 102 xidmətinə zəng etmək istədikdə Ramil məni qoymadı, dedi ki ,bu iş mənlikdir. Düz bir ildən sonar məhkəmədən Ramil Həsənovun mənə qarşı borc iddiası barədə ərizə gəldikdə onda başa düşdüm ki, bu Ramilin özünün qurduğu oyun imiş.
Hörmətli Prezident!!!
Bildirirəm:
1-ci əyri yol gedən hakim Cəlilabad rayon Hakimi Vüsal Cəbrayılovdur.O məni məhkəmədə dinlədikdən sonra ,növbəti məhkəmədə mənə məhkəmə qərarını elə dəhlizdə verdi. Boş bir kağız , notariat qaydada təsdiq olunmamış, özü də həmin qəbzin surətini mənə göstərmədən qərar çıxartdı ki, mən 15 min ABŞ dolları ödəməliyəm. Apelyasiyaya verdiyim şikayət təmin edilmədi.
2- ci Əyri yolla gedən Şirvan Apelyasiya hakimi Müşfiq Həsənovdur. O məhkəməyə mənim iştirakım olmadan baxdı. Göndərdiyim sübutları , teleqrama əhəmiyyət vermədən rayon məhkəməsinin qərarın qüvvəsində saxladı.Hər iki hakim hansı maraqdansa belə bir qərar çıxartdı. Adi kserokopiya bir dəftər vərəqinə əsasən.
3- cü Əyri yolda isə Ali məhkəmənin hakimi Ələsgər Əliyevdir.Mən Ali məhkəmədə işlə tanış olduqda işdə həmin qəbzin əsli deyil, adi bir dəftər vərəqinin ksero surəti olduğunu gördükdə Ali məhkəməyə ərizəmlə etirazımı bildirdim. Lakin hakim buna əhəmiyyət verməyərək qərarı qüvvəsində saxladıı. Bu hakimlərin savadsızlığıdır,yoxsa tamahı?
Sizə Məhkəmələrin çıxartdığı qəbzin surətini( işin içərisində də qəbzin surətidir) ərizəmə əlavə edirəm. Baxın hörmətli Nazir, baxın !!!!
Məhkəmədə hakim mənə dedi ki, mən kağıza baxıb (Kserokopiya) qərar verirəm. Sənə hansı şəraitdə hücum olunubsa onu qoy prokurorluq araşdırsın!
Buyurun , Prokurorluğun cavabına baxın!!! Qərarda gğstərilir ki, pulun verildiyi təsdiq olunmadı. Bəs mən o qəbz də yox “ İzahatı” Hansı şəraitdə yazdığımı müəyyənləşdirmədilər. Adicə AZERSELL-dən həmin günü gələn zənglərin surəti çıxarılarsa hər şey aydın olardı.Əhatə dairəsini müəyyənləşdirməklə. Lakin bununla bağlı mənim verdiyim vəsadətlərə baxmadılar. Müstəntiq deyir ki. bizim Azərsellə zapros vermək səlahiyyətimiz yoxdur. Maraqlıdır görəsən müstəntiqlər cinayət işini necə araşdırırlar? Bəlkə mənə silah çəkən şəxslər qatı cinayətkardırlar? Başqalarına qarşı da eyni cinayəti törətmişlər? Müstəntiqlər hansı maraqdansa işi araşdırmaq istəmir , deyirlər ki, məhkəmə qərarı var! Hakim də deyir ki, mən kağıza( kağız da ,kağızdır haa) baxıb qərar çıxarıram, gedin prokurorluğa. Deyin mən nə etməliyəm.? Səriştəsiz hakimlər, Səriştəsiz müstəntiqlərin əlində qalmışam.Mən almadığım bir pulu niyə ödəməliyəm? Bu boyda allahsızlıqmı olar? Mənim Sizə etdiyim müraciətlər isə cavabsız qalıb. 

İmza: Səfərli Sevinc Ramiz qızı (telefon-050 443 04 63)"

Bənzər xəbərlər

Gündəm

0.029037952423096