Jun 26

İmişlidə 50 tonluq yanacaq çənləri partlaya bilər:Hakimin səhvinə kim məsuliyyət daşıyacaq-VİDEO

İmişli rayonunda sahibkarlar incidilir. Bunu rayonun Rəsullu kəndində qeydiyyatda olan Qafarov Nurməmməd Cəmil oğlu deyir.
O ölkə başçısı İlham Əliyevə İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qəmbərov və icra məmuru Ramil Paşayevin əməllərindən şikayət məktubu ünvanlayıb.
Şikayətçi həmçinin bildirir ki, bu iki nəfərdən başqa İmişli Şəhər Bələdiyyəsi və Ekologiya Nazirliyinin Meşələrin İnkişafı Departamenti Mahmudov Hilal Ərəstun oğluna himayədarlıq edirlər. Nəticədə Nurməhəmməd Qafarov mülkiyyətində olan Yanacaqdoldurma Məntəqəsini işlədə bilmir, sahibkarlıq fəaliyyətinə maneələr yaradılır.
Xeberfakt.az-a danışan şikayətçi bildirir ki, 2015-ci ildə məhkəmə tərəfindən iddiaçı Mehdiyev Mehdi Məhəmməd oğlunun xəbəri olmadan onun adından iddia vermiş Mahmudov Hilal Ərəstun oğlunun iddiası ilə sıxışdırılıb. İş araşdırılmadan, İmişli şəhərinin planına zidd olaraq , ekspert rəyinə əsasən onun yanacaqdoldurma məntəqəsi ilə Hilal Mahmudovun mülkiyyət hüququ olmayan, meşə fondunda özbaşına tikdiyi tikilisi arasında yanğın təhlükəsizlik zolağı saxlanılmışdır. Sonradan icra məmuru həmin ərazini icra sənədinin tələbinə zidd olaraq yol etmişdir.
Mehdiyev Mehdi Məhəmməd oğluna məxsus “Muğan” kafesi meşə zolağında yerləşir. Bu qanunsuz tikintiyə həm Ekologiya həm Fövqaladə Hallar Nazirliyinin əməkdaşları göz yumublar.
Şikayətçi deyir:
“ Həmin işin gedişatında hakimin mənə etdiyi təzyiqlər nəticəsində Hilal ilə barışıq sazişi imzaladım. Saziş məhkəmədə 11.06.2015-ci ildə rəsmən təsdiq edilib.
Lakin icra olunmadı. Bundan 3 il sonra Hilal yenidən məhkəməyə müraciət etdi ki, guya sazişə əməl olunmur.
Bundan sonra hakim Ülvi Qənbərov icra hərəkətlərinin davam etdirilməsi baradə qərar qəbul edib.
İcra məmuru Ramil Paşayev də icra yerində hakimlə əlaqə saxlamaq şərti ilə ,qərərdadın tələblərinə zidd olaraq yanacaq çənlərimin 1 metrliyindən ərazini açıb. Həmçinin ərazini şəhərin baş planına zidd olaraq , sazişdə ara məsafəsi, yanğın təhlükəsizlik zolağı göstərilməsinə baxmayaraq yol kimi açmışdır.
Bundan sonra İmişli bələdiyyəsi Su Meliorasiyaya aid kanalı doldurub , həmin ərazini yol kimi istifadə etməyə başlayıb.
Halbuki həmin ərazidən yol keçə bilməz, belə yol nəzərdə tutulmayıb.
Eyni zamanda bildirmək istəyirəm ki, hələ indiyənədək nə sazişin, nə qərdadın mahiyyətin anlamamışam. Hüquqşünaslar tərəfindən barışıq sazişi və sazişin təsdiq edilməsi baradə qərardad tədqiq edilərkən məlum olub ki, barışıq sazişinin şərtləri ilə qərardad üst-üstə düşmür.
Hakimi özü sazişin şərtlərini artırmış, əlavələr etmişditr. Saziş. Məhkəmə tərəfindən belə təsdiq edilə bilməzdi.
Sazişə əsasən mübahisələndirilən torpaq sahəsi dövlət torpağı olmağına baxmayaraq İcra hakimiyyəti işə cəlb edilməyib. Başqa mülkiyyətdə olan torpaq barəsində kənar şəxslər razılığa gəlmiş, nəzərdə tutalmamış təhlükəsizlik zolağı müəyyən olunmuşdur.

H. Əliyev prospektindən əks istiqamətdə təhlükəsizlik zolağının sonundakı hasar sökülmüş, icraməmuru tərəfindən yol kimi saxlanılmışdır.”

Şikayətçi Nurməhəmməd Qafarov deyir ki, həmin ərazinin yol kimi istifadəsi faciəyə səbəb ola bilər.
Həmin ərazi yol kimi istifadə olunsa yanacaq və qaz çənləri arasında məsafə 1-2 metr olacaq. Ordan hərəkət edən kimsə siqaret çəksə qaz və benzin çənləri partlaya bilər.
Yanacaqdoldurma məntəqəsində quraşdırılan hər bir tikili Fövqaladə Hallar Nazirliyinin , Azərbaycan Respublikasının Standartlaşma , Metrologiya və Patent Üzrə Dövlət Koimitəsinin göstərişi əsasında inşa olunub.
Ərazidə 2 ədəd 50 tonluq yanacaq və bir ədəd təbii qaz çəni var. Qanuna əsasən qaz çənlərindən 12 metr aralı ərazidə mühafizə zonası saxlanmalıdır.

Lakin Hilal Mahmudov 8 metr aralıda obyekt tikib.
Şikayətçi deyir ki, yanğın təhlükəsizlik zolağının sonunda kanal mövcuddur, ondan sonra Şəkər zavodunun divarıdır.
Həmin hissədən avtomobil yolu yoxdur, yanğısöndürmə maşını girə bilməz.
Hazırda iş üzrə icra icratına xitam verilsə də icra məmuru əməllərindən əl çəkmir.
Qeyd edək ki, hakimin səhv qərarı ümumilikdə İmişli əhalisini risqə atır. 2 dənə 50 tonluq yanacaq çəni partlasa bunun nəticəsini təsəvvür edirsinizmi? Bu baş verərsə kimlər məsuliyyət daşıyacaq, kimlər həbsə girəcək?

 

Bənzər xəbərlər

Gündəm

0.038830995559692