Jun 02

"Oğlumun qatilləri azadlıqda gəzir" -VİDEO

78 bıçaqla öldürülən Emin444 anası Həcı Məlahət xanım iddi edir ki,onun oğlunu öldürən şəxslər azadlıqda rahat-rahat gəzirlər. Mərhumun anası onuda bildirir ki,aparılan istintak işlərində ədalətli araşdırmalar aparılmır.İddia edir ki,qarşı tərəf sözü gedən məsələ ilə bağlı qurumlara küllü miqdarda pul verdiyindən,oğlumun ölümünə əsas səbəb olan şəxslərə cinayyət işi açılmır.
Oğlumun qətlinin planını Zaur Yusifov cızıb, atası Əli Yusifov oğlumun aldadılaraq onların qapısına aparılmasını təşkil edib. Zaurun bacısı oğlu Vüqar, Zaurun qardaşı Zamin cinayətin iştirakçılarıdır. Bunun şahidləri də var. Oğluma 78 bıçaq vurublar”.
Məlahət Səfərova deyir ki, qətldən əvvəl oğlu Emin Səfərovla Zaur Yusifovun arasında mübahisə olub: “Hadisədən bir neçə saat əvvəl Zaur oğlum Eminlə mübahisə edib. Emin ona deyib ki, sələm məsələsini yığışdır. Camaatı incitməyin. Bundan bir neçə saat sonra Zaurun atası Əli oğlumun yanına gəlib. Həmin vaxt oğlum dostları ilə 6-cı mikrorayonda parkın qarşısında olub. Əli oğluma deyib ki, Emin, gəl gedək əmi-bala söhbət edək. Bunun şahidləri Eminin dostlarıdır. Onlar maşına minib birgə getmək istəyiblər. Əli Yusifov deyib ki, siz maşından düşün. Orada kamera var. Şahidlər gedib ifadə də veriblər. Bu gün Əli Yusifov ortalıqda gəzir. Bu adam oğluma qarşı cinayətin birbaşa təşkilatçısı, iştirakçısıdır.Ölkə rəhbəri cənab İlham Əliyev və xanımı Mehriban Əliyevadan, Baş prokuror Kamran Əliyevdən xahiş edirəm, bu işi nəzarətə götürsünlər oğlumun qanı yerdə qalmasın ədalət naminə cəzasın alsın.

Bənzər xəbərlər

Gündəm

0.042923927307129