2002-2010-cu illərdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi vəzifəsində işləmiş ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovun adı son vaxtlar aztirajlı medialarda Azərbaycan Ordusuna qarşı qarayaxma kampaniyalarında aktiv hallanır. 

İş o yerə çatıb ki, sosial şəbəkələrdə "Roma" ləqəbi ilə statuslar yazan bu şəxsin əsassız ittihamları Ermənistan mətbuatının da Azərbaycana qarşı informasiya müharibəsində aktiv istifadə olunur. 

Maraqlıdır ki, bu işdə o tək deyil, ehtiyatda olan digr bir neçə zabit də onun ətrafında təşkilatlanıb. Onlardan biri də ehtiyatda olan digər polkovnik Qəhrəman Mənsimzadədir. Təsadüfi deyil ki, "Roma" kimi Qəhrəman da Ermənistan mətbuatının "qəhrəman"larından birinə çevrilib. Diqqət çəkən məqamlardan biri də budur ki, onların fəaliyyətini, açıqlamalarını izlədikdə hiss olunur ki, bu şəxslər vahid mərkəzdən koordinasiya edilir, açıqlamaları, qarayaxma kampaniyaları məqsədlidir, qərəzlidir. Elə isə "koordinator kimdir" sualı yaranır? Məqsəd nədir? Azərbaycan Ordusuna qarşı sistemli, qərəzli və ardıcıl kampaniya aparmaq hansı daxili və ya xarici qüvvənin marağında ola bilər? Bəli, elə bizim də ağlımıza eyni fikir gəldi! 

On ilə yaxın hərbi polisin rəisi işləmiş R.Məhərrəmov öz əməlləri ilə bədnam ad çıxarmışdı. Zakir Həsənov nazir təyin olunandan qısa müddət sonra onu vəzifəsindən uzaqlaşdırdı. 

R.Məhərrəmov Səfər Əbiyevin əmri ilə onun xoşu gəlməyən insanları izləməklə, onları video görüntülərini əldə etməklə və pul qarşılığında onların səhvlərini “gizli saxlamaq” adı ilə şantaj etməklə məşğul olub. Heç kimə sirr deyil ki, R.Məhərrəmovun qurduğu sxemə əsasən, əsgər heyətinin 80%-i müəyyən məbləğ qarşılığında mülki həyatda gəzərkən yalnız 20%-i xidmət yerlərində olurdu. Onun lüks həyata, spirtli içkilərə və yüngül həyat tərzinı olan sevgisi, Hərbi Polisin rəisi olduğu vaxtlarda korrupsiya və rüşvətin çiçəkləndiyi, hər şeyin alınıb-satıla bildiyi, ona tabe olan hərbi hissələri açıq bazara çevirdiyi barədə hələ də əfsanələr gəzir. 

Hərbi Polisin rəisi işləyəndə dövlət əmlakını, hərbi mülkiyyəti acgözlüklə mənimsəyib, talan edib, yığdığı haram pullarla oliqarxa çevrilib. İndi R.Məhərrəmovun evlərinin, villalarının, obyektlərinin sayı-hesabı yoxdur.  Bunların arasında, Bakı ərazisində yerləşənlərdən Bayılda beşmərtəbəli binada 5-ci mərtəbənin hamısı, Nəriman Nərimanov rayonu, Günəş sarayının yanında yeni tikilən binada mənzil, həmin binanın altında şəxsi avtomobil yuyulması mərkəzi, Nəriman Nərimanov rayonu "Rövşanə" gözəllik salonu, Bibiheybət qəsəbəsində villaları. Rayonlarda da mülklərə sahib olan Məhərrəmovun Xızı rayonu, Altıağacda 1 ha ərazi olan villası var. Xaricdəki aktivlərindən isə Türkiyənin İstanbul şəhərində dizayn sirkətini qeyd etmək olar. 

R.Məhərrəmovun şəxsi həyatı da qara ləkələrlə doludur. Onun birinci həyat yoldaşı Larisa adlı xanım olub. Həmin xanım vaxtilə hərbi komissarlıqda qəbul otağında otururmuş. Sergey adlı hərbi komissarın bacısıdır. R.Məhərrəmovun Larisadan 3 qızı var: İnara, Sabina, Lala.

İkinci həyat yoldaşı İlhamə vaxtilə kafede işləyirmiş. R.Məhərrəmov isə tez-tez həmin kafeyə gedirmiş. Nəticədə onlar arasında münasibətlər yaranıb, sonunda evləniblər. Ehtiyatda olan polkovniklə İlhamə xanımın birgə nikahından 2 usağı var: Rövşanə və Ceyhun. Onun oğluna Ceyhun adı qoyması da təsadüfü deyil. Bu adı vaxtilə R.Məhərrəmovun narkotik aludəçisi olan və artıq dozadan ölən qardaşı daşıyıb.

R.Məhərrəmov vaxtilə ordu sıralarına cəlb etdiyi şəxslərdən də hər zaman sui-istifadə edib. Onlardan ikisi gizirlər Əmiraslanov Ülvi və Axundov Kərəmdir. Hər ikisi yaxın adamları olub, ev və obyektlərinin tikintisində işlədib. Əvəzində keçmiş Hərbi Polisin ərazisində zəbt etdiyi torpaqlardan onlara pay verib.  

R.Məhərərmovun qurbanlarından biri də Rövşən Kazımovdur. O, da əvvəl Hərbi Polisdə işləyib. Daha sonra Hərbi Hospitalın Kadrlar şöbəsində çalışıb. R.Məhərrəmov adaşı Rövşənin atasının adına Xızıda villa tikdirib. 

Bundan başqa, R.Kazımov və K.Axundov adına mülk keçirib. R.Məhərrəmov 2016-da ordudan tərxis edildikdən sonra mülkləri geri almaq istəyib, lakin həmin şəxslər verməyiblər. Bununla bağlı məhkəmə çəkişmələri hələ də davam edir. 

Hərbi Polisin rəisi bir sıra məsələlərdə acgözlük və görməmişlik edib. Hətta gözəllik salonunun adı “Rövşanə” idi. Haqqında xəbərlər yayılandan sonra adını dəyişib. O, bununla birbaşa özünə bağlı olan daşınmaz əmlakların izini itirməyə çalışır.

Amma o, buna nail ola bilməyəcək. Çünki R.Məhərrəmovun dövlət əmlakını necə taladığı hamıya məlumdur. O, gözəllik salonunun üstündən “Rövşanə” adını silib, başqa ad yaza bilər. Lakin ortada elə faktlar var ki, onları gizlətmək mümkün deyil. Məsələn, hərbi əmlakdan anlayışı olan istənilən şəxs onun mülklərinin darvazalarına baxsa, həmin darvazaların ordudan oğurlanma olduğunu görər. O darvazalar hərbi obyektləri təhlükələrdən qorumalıdır. Amma R.Məhərrəmov onları oğurlayaraq öz mülklərində istifadə edib. 

R.Məhərrəmovun korrupsiya yolu ilə əldə etdiyi mülklərinin bir qisminin fotolarını oxucuların mühakiməsinə təqdim edirik. Baxın və qərar verin: Belə şəxslərin danışmağa haqqı varmı? 

obyektiv.net