Jan 12

Oliqarx-monopolist Fidail Rəhimli oğlunu "deputat etmək" istəyir

İşçilərə rəsmi olaraq minimum səviyyədə maaş verərək vergidən yayınan oliqarx-monopoist, Bakı Tikiş Evinin direktoru Fidail Rəhimov 10 ildən sonra oğlunu "öz yerinə" namizəd edib...



"Bakı Tikiş Evininin işçiləri bildirib ki, onlar əmək müqaviləsində yazılan iş saatından artıq işləməli olurlar".

Bu haqda işçi hüquqları ilə bağlı araşdırmalar aparan "Əməkçi" adlı feysbuk səhifəsi məlumat verir. Məlumatda deyilir:

"Bakı Tikiş Evinin adı mediada , adətən, məktəblilər üçün hazırladığı keyfiyyətsiz və ya baha olan məktəbli geyimləri ilə hallanır, bu dəfə isə bizə bu müəssisədə çalışan işçilərdən şikayət daxil olub. Belə ki, müəssisə Əmək Məcəlləsinin tələblərini ciddi şəkildə pozur. Şikayətçilərin sözlərinə görə, 600 nəfərdən çox işçinin işlədiyi fabrikdə işçilər 8 saatdan çox (9 və ya 10) işlədilir və bununla belə 6 günlük iş rejimində çalışırlar. Həmçinin, işçilərin əmək müqavilələrində aldıqları əməkhaqqı iki dəfə az yazılır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89 və 90-cı maddələrinə əsasən 5 günlük iş həftəsində gündəlik iş vaxtının maksimal müddəti 8, 6 günlük iş həftəsində isə 7 saatdan çox olmamaqla həftəlik 40 saatdan çox olmamalıdır.

Fabrik haqqında olan maraqlı məlumatlar isə bununla bitmir. 1937-ci ildə "Volodarski adına Tikiş Fabriki" kimi fəaliyyətə başlayan müəssisə Azərbaycan üçün çox önəmli bir yer tuturdu və bu "önəmlilik" 1999-cu ildə müəssisənin özəlləşdirilməsindən (necə özəlləşdirildiyi müəmmalıdır) sonra monopoliyaya çevrilib. Bu monopoliya isə Fabrikin istehsalatında məktəbli geyimlərindən daha böyük yer tutan güc strukturlarının (xüsusilə, DİN və MN) geyimlə təchizatından irəli gəlir. Mediada isə müəssisənin direktoru (iş adamı) Fidail Rəhimovun bu monopoliyanı hansısa generallardan aldığı dəstəklə qoruduğuna aid iddialar var.

Həmçinin qeyd edək ki, Fidail Rəhimov YAP-ın 2010-cu il deputatlığa namizədlik siyahısında yer alıb və namizədliyini verdiyi 23-cü Nəsimi-Səbail seçki dairəsində seçkiləri Ziyad Səmədzadə qazanıb. Ən gülməlisi isə odur ki, bu hadisənin üstündən 10 il sonra, yəni 9 fevral baş verəcək Milli Məclis seçkilərinə bu dəfə Fidail Rəhimovun oğlu Nəsimi Rayon YAP Gənclər Birliyinin sədri və eyni zamanda Bakı Tikiş Evinin sədr müavini (atası sədrdir) Elnur Rəhimov elə 23-cü dairədən YAP-ın namizədidir.

Mənbə:PİA.az

Bənzər xəbərlər

Gündəm

0.025264978408813