Oct 14

Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki "maliyyə sənədləri" ortaya çıxıb

Bildiyiniz kimi 06-08-2019-cu il tarixdə saytımızda gedən "Davud Bağırov bacısı Cəmilə Bağırovanın vasitəsilə Merim Beishekeyevanın müdafiəçisi Abdulla Əfəndizadəni qanunsuz həbs etdirmək istəyir?!" adlı yazı da Merim Beishekeyevanın (Beyşekeyeva) nümayəndəsi Abdulla Əfəndizadə Bağırov Davud Zöhrab oğlunun 2012-2013-cü il və 2014-cü ildə ölkə xaricində etdiyi "maliyyə sənədlərindən” bəhs edilmişdi.
Həmin "maliyyə sənədləri"nin bir nüsxəsində redaksiyamıza təqdim edən Merim Beishekeyevanın müdafiəçisi Abdulla Əfəndizadə bildirib ki, tez-tez xarici ölkələrdə olmuş, o cümlədən son 3 ildə Türkiyədə bizneslə məşğul olmuş, Bakı ş-ri, Səbail r-n, T.Əliyarbəyov küç, ev 10, mənzil 26-da qeydiyyatda olan Bağırov Davud Zöhrab oğlunun “maliyyə sənədlərindən” məlum olur ki, o həm rəsmi, həm də qeyri-rəsmi rəhbəri olduğu Mirax İnvestment, Global arketing, My Parcel LLC, Potok General Trading şirkətləri vasitəsilə Avropada:
1. Lowpark-Sampo Bank Tallin, Estoniya;
2. Bonafant-Sampo Bank Tallin, Estoniya;
sonradan bu Avropa banklarından Birləşmiş Ərəb Əmirliyindəki Emirates NBD Bankına, Hindistandakı Baroda Banka, İngiltərədəki Barclays Banka pulları köçürməklə nağdlaşdırmışdı.
Merim Beishekeyevanın (Beyşekeyeva) nümayəndəsi Abdulla Əfəndizadə onu da qeyd edib ki, sənədlərdə qeyd edilən banklara göndəriləcək sorğulardan başqa həm Bağırov Davud Zöhrab oğlu və təqdim edilən sənədlərdə olan şəxslərə dair Rusiya Federasiyasının Aeroportlarının (əsasən Şeremetyevo, nadir hallarda Domodedovo olub) gömrüklərinə, həmçinin Dubay Aeroportunun (1-ci Terminal, nadir hallarda 3-cü Terminal) gömrüyünə əlavə Sorğular göndərərkən saxta müşayət olunan sənədlərin və gündəlik pul daşımalarının məbləğin müəyyən etmək olar.
Həmçinin təqdim edilən kontraktların (müqavilələrin) surətlərindən də “pulların dövriyyələri” məlum olacaqdır.
Daha sonra Abdulla Əfəndizadə bildirib ki, Merim Beishekeyeva (Beyşekeyeva) Bağırov Davudla hələ nikahda olduğu vaxtda Bağırov Davuda əvvəlcədən xəbər vermədən işdən evə tez qayıdarkən bir neçə dəfə Dubaydakı mənzildə külli miqdarda pulların-təxminən 1.000000 (bir milyon dollar ) artıq olan ABŞ dolları olan 100-lük əskinasların sayıldığının şahidi olmuşdur. Hətta Bağırov Davudun bacısı olmuş Bağırova Cəmiləylə pul sikkələrini təmizləyib, çamadanlara yığdıqlarını görmüşdür.
Abdulla Əfəndizadə onu da qeyd edib ki, Bağırov Davud Zöhrab oğlu hələ Merim Beishekeyeva (Beyşekeyeva) ilə nigahda olanda 2013-cü ildə o vaxt Milli Təhlükəsizlik Nazirliyindən ona zəng vurulmuş, təcili Azərbaycan ərazisinə gəlməsi tələb edilmişdi.
"Bağırov Davud qorxu içində Merim Beishekeyevaya (Beyşekeyevaya) bildirib ki, Azərbaycanda onun korrupsiya əməlləri barədə məlumat əldə ediblər. Əgər o (yəni Bağırov Davud) Azərbaycana getməsə ona qarşı interpol vasitəsilə axtarış elan edib, məcburi gətirəcəklərinə dair ciddi xəbərdarlıq ediblər. Sonradan Bağırov Davudun bildirdiyinə görə o bacısı olmuş, respublikanın ailə, qadın, uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər şöbəsinin müdiri Bağırova Cəmilənin və özünün tanışları vasitəsilə keçmiş MTN-lə “razılaşma” əldə etmiş olub, külli miqdarda pul vəsaitini ödədikdən sonra “rahatlaşmışdı”."
Sonda Abdulla Əfəndizadə bildirib ki, hələ 2017 ilin fevral ayında AR baş prokurorluğuna, AR Daxili İşlər Nazirliyinə Bağırov Davudun maliyyə sənədlərinin araşdırılmaları üçün rəsmi ərizələrlə müraciət etsələr də, nədənsə heç bir araşdırma aparılmamışdı, onlara da rəsmi nəticələr barədə məlumat verilməmişdi:
"Bütün qeyd edilənləri diqqətə götürüb, Bağırov Davudun, onun bacısı olmuş Bağırova Cəmilənin ətraflı ifadələri alınmalı, korrupsiya əməllərinin ifşa edilməsi üçün cinayət işi başlanılaraq istintaqı aparılmaqla korrupsiya əməllərini törətmiş şəxslərin dairəsi ifşa edilməlidir."
Onu da qeyd edək ki, Abdulla Əfəndizadə bu ilin fevral 15-i tarixdən “MillətinSəsi.İnfo” saytının araşdırmaçı jurnalisti, müxbir kimi fəaliyyət göstərir. Həmçinin, Abdulla Əfəndizadənin redaksiyamıza təqdim etdiyi Bağırov Davud Zöhrab oğlunun “maliyyə sənədləri" ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Respublikanın I vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova, DTX rəisi Əli Nağıyevə, Böyük Britaniyanın AR-dəki səfiri Ceyms Layl Şarpa, Estoniyanın AR-dəki səfirliyinə, Rusiya Federasiyasının AR-dəki səfiri Mixail Boçarnikova, Birləşmiş Ərəb Əmirliklərinin AR-dəki səfiri Mohamed Hamel Alqubaisiyə, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Cənab Erkan Özorala və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev cənablarına saytımızın adından məktub göndərilib.

Həmin sənədləri bir neçəsin oxuculara təqdim edirik:


Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki
Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki
Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki
Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki
Azyaşlı Ceylanı anasına həsrət qoyan Bağırov Davudun xarici ölkələrdəki

Bənzər xəbərlər

Gündəm

0.030833959579468