VideoJul 29

Xanım icra başçısının çoxmilyonluq biznes səltənəti -VİDEO

 Prezident İlham Əliyev də hər dəfə bölgələrə səfər çərçivəsində, eləcə də Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarında korrupsiyaya qarşı mübarizəni ön plana çəkir. 2011-ci ilin fevral ayında Qazaxa səfəri zamanı ilk olaraq  bu məsələni gündəmə gətirib. Dövlət başçısı çıxışında müvafiq qurumlardan korrupsiyaya qarşı mübarizə aparmağı tələb edib. Elə həmin ilin dekabr ayının sonunda, Yeni il axşamı Azərbaycan xalqına müraciətində də bu məsələnin üstündə dayanıb. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında da korrupsiyaya qarşı mübarizəni qabartdı. Korrupsiya ilə mübarizə isə bir çox tədbirlərin həyata keçirilməsini zəruri edir.

 

Doğrudan da şərait tələb edir ki, hər kəs, hər bir vəzifəli şəxs gəlir deklorasiyası versin. Çox təəssüf ki, bu addım, faktiki olaraq həyata keçirilmir. Vəzifəli şəxslər nəinki gəlirləri haqqında, habelə xərcləri haqqında da deklorasiya verməlidirlər. Amma bu barədə təəssüf ki, bizdə qanun yoxdur. Bu səbəbdən, təcili olaraq belə bir qanun qəbul etməliyik. Özü də bu qanunları biz internetdə yerləşdirməliyik ki, qoy hamı bilsin. Hər kəs bilsin ki, bu insanlar bu böyük binaları nəyin hesabına tikdiriblər. Doğrudan da bunu qanuni yolla qazanıblarsa, dövlətə nə qədər vergi verib və sair aydın olsun. Şəffaflıq təmin edilsin. Bəziləri deyir ki, kimisi alıb, kimisinə bağışlayıblar və sair. Qoy bizə öz xərcləri haqqında deklorasiya versinlər. Çox təəssüf ki, bizdə varlı adamlar biznesmenlər deyil, vəzifəli şəxslərdir. Bunlar öz vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, “Korrupsiya ilə mübarizə haqqında” qanunda göstərilib ki, belə adamlar, yəni vəzifəli şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Amma buna baxmayaraq onlar sahibkarlıqla məşğul olurlar.

Lap az əvvəl 2 milyonluq ssat qalmaqalı cəmiyyəti silkələdi. Vətəndaşlarda qəzəb yaratdı.

Axı vəzifəyə keçəndən sonra super biznesmenə çevrilənlər tək iri məmurlar deyil. Orta ranqlı məmurların da kifayət qədər böyük biznesləri var.

Məsələn , Abşeron icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın malik olduğu əmlakların siyahısı dəfələrlə verilib. Bu haqda yazılar gedib.

 

 

Hergun.az həmən  siyahını xatırladır:

  1. Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekt..
  2. Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi..
  3. Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran.
  4. Həmçinin Abşeron ərazisində təndirxanalar.

 

 

Qeyd edək ki, bu obyektlər haqda xeyli yazı gedib. İcra hakimiyyəti rəsmi olaraq xəbərləri təkzib etməyib.

 

Ancaq cənab başçının əsas biznesinin Abşeronda yox Binəqədidə olduğu deyilir.

Bunlardan biri  ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli “Zümrüd” uşaq bağçasıdır.

“Zümrüd”- başçının anasının adıdır. Obyektə rəhbərliyi onun qızı Vüsalə Gülməmmədova rəhbərlik edir.

Maraqlıdır ki, Abşeronda , əsas da Xırdalanda uşaq baxçası azdır. Və vətəndaşlar yer tapmaqda çətinlik çəkir. Bəs niyə başçı baxçanı “Varovski”də tikdirib. Əvvala gözdən uzaqdır, həm də “Varovski”nin kontingenti əsasən imkanlı ailələrdir. “Zümrüd” Abşeronun kasıb camaatı üçün çox bahalıdır.

Bəs xanım başçı bu obyektə sahiblənmək üçün vəsaiti hardan alıb?

 

Bax ona görə də hüquqşünaslar deyir ki, vəzifə sahibi paralel olaraq biznes fəaliyyəti ilə də məşğul olursa, bu zaman o, tutduğu vəzifədən ancaq öz maraqları naminə istifadə edir. Korrupsiyanın da mahiyyəti sadəcə, kiminsə mənfəət güdməsindən, rüşvət almasından deyil, eyni zamanda məhz bundan da ibarətdir. Korrupsiyanın mahiyyəti ondan ibarətdir ki, dövlət aparatında məhz cinayətkar maraqlar çulğalaşır. Vəzifəli şəxsin bizneslə məşğul olması da məhz buna aparan yoldur. Bu yolun qarşısını kəsmək lazımdır. Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək üçün Abşeron İH-nin mətbuat xidmətindən olan Seymur Qasımbəyli ilə əlaqə saxladıq. Amma o, sualımıza cavab vermədi, dedi ki, yazılı sorğu yollayaq. Yenə də qarşı tərəfi dinləyə bilərik.

P.S. Iradə Gülməmmədovanın  biznes fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edəcək.

 

Bənzər xəbərlər

Gündəm