XəbərJul 24

Tanınmış müğənnilər “qanuni oğru”nun müdafiəsinə qalxdı

“Qırxa yaxın ictimai xadim, idman və incəsənət xadimi Oleq Medvedevin taleyindən narahatdır…”

Belə bir açıqlama ilə kriminal aləmdə nüfuz sahibi olan “Şişkan” ləqəbli Oleq Medvedevin vəkili çıxış edib.

Məlum olub ki, barəsində həbs qətimkan tədbiri seçilən “qanuni oğru”nun müdafiəsinə qalxanlar sırasında tanınmış rusiyalı müğənnilər Lev Leşşenko, Aleksand Serov, Lyubov Uspenskaya ilə yanaşı hətta bir zamanlar Rusiya yığmasına rəhbərlik etmiş tanınmış futbolçu və məşqçi Oleq Qazzayev də var.

Sözügedən şəxslər məhkəməyə müraciət edərək, “Şişkan” barədə seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyirlər. Və bunu O.Medvedevin “xidmətləri” ilə əlaqələndirirlər ki, buna da Donbasda döyüşən separatçılara göstərdiyi yardımlar, eləcə də idman və incəsənət sahəsinə verdiyi maddi dəstək aid edilir.

Qeyd edək ki, istintaqın fikrincə, “Şişkan” ləqəbli bu kriminal avtoritet hələ “taclandırıldığı” 1991-ci ildən etibarən Moskva ətrafındakı mütəşəkkil cinayətkar dəstələrə rəhbərlik edib. Rəsmi olaraq, onun həbsi Rusiya qanunvericiliyinə edilmiş yeni dəyişikliklər əsasında mümkün olub. Belə ki, yeni qanundakı 210.1 maddəsinə görə, hər hansı bir vətəndaş sadəcə cinayətkar aləm ierarxiyasında yüksək mövqe tutduğu üçün həbs edilə, hətta 15 il müddətinədək azadlıqdan məhrum oluna bilər.

“AzPolitika”

Bənzər xəbərlər

Gündəm