Jul 17

Azərbaycana gətirilən kafel-metlaq biznesinə kim himayadarlıq edir?

Azərbaycan Respublikasına kafel-metlaq idxal edən bəzi müəssisələr tərəfindən İran İslam Respublikasından gəmi nəqliyyatı ilə gələn külli miqdarda bəyan edilməyən kafel-metlaq yükü "Hövsan” Dəniz Gömrük Postundan keçirilib.
 
Həmin müəssisələr yük gömrük bəyannaməsi ilə ölkəmizə idxal etdiyi kafel-metlaq yükünü də faktiki miqdarından az miqdarda bəyan edərək, külli miqdarda dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişlərindən yayınıb.
gomruku
Qeyd edilən müəssisələr artıq bir neçə dəfə bu cür cinayət hadisəsini törədiblər. Artıq müəyyən bir vərdişə çevirilmiş bu cinayət əməlinin baş verməsində gömrük orqanı əməkdaşları ilə birgə "əməkdaşlıq” faktorunun olması şübhəsi də danılmazdır. Çünki indiyə qədər bir neçə belə halın ardıcıl olaraq baş verməsi bunu deməyə əsas verir. Müəssisələr minlərlə kvadrat kafel-metlaq yükünü gömrük nəzarətindən kənar ölkəyə idxal edilib.
 
kajel
 
Bu əməllər bir neçə kafel-metlaq idxal edən müəssisə tərəfindən əldə edilən məlumatlar əsasında aşkar edilmiş və aidiyyatı üzrə məlumat verilib. Halbuki, qeyd edilən cinayət əməlinin baş verməsini aşkar etmək və idxal edilən yükün sənədlərlə eyni olub-olmadığını müəyyən etmək Gömrük orqanlarının vəzifəsidir. Bu vəzifəni layiqincə yerinə yetirilməyərək göz yumulması hansısa gömrük orqanının vəzifəli şəxslərinin əməli törədən şəxslərlə əlaqəsinin olması şübhəsini yaradır. Bu əməllər digər kafel-metlaq idxal edən müəssisələrin haqsız rəqabətə davam gətirməyərək fəaliyyətini dayandırmasına səbəb olur.
 
Hazırda aşkar edilən faktlarla bağlı cinayət əməlini törətmiş, bu əməllərə göz yuman və bu cinayət əməlində iştirak edən şəxslərin cəzalandırılmağı da sual altındadır. 
 
Qeyri-iş günü olduğundan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı.
CRİMİNAL.AZ

Bənzər xəbərlər

Gündəm

0.0240318775177