XəbərJul 15

“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO

İyulun 14-də “Everest club”da “Şəfqət nuru” Kimsəsizlərə Yardım İctimai Birliyi və onun tərkibində fəaliyyət göstərəcək “Nur” uşaq evinin təntənəli təqdimatı olub. Qeyd edək ki, hər iki quruma Aynurə Xudiyeva adlı əlil xanım rəhbərlik edəcək. Təqdimat mərasimində ölkənin ictimai-siyasi həyatında fəallığı ilə seçilən şəxslər iştirak edib. Tanınmış millət vəkilləri, jurnalistlər, QHT rəhbərləri, ziyalılar və müharibə veteranlarının iştirak etdiyi tədbirin rəsmi hissəsi ilə yanaşı bədii bölümü də olub. Tanınmış sənət adamları öz çıxışları ilə tədbirə əlavə rəng qatıblar. Qeyd edək ki, tədbirin keçirilməsinə informasiya dəstəyini Azinforum.az saytı verib. Tədbirin sözügedən portalın hazırladığı tanıtım çarğı ilə start götürüb. Həmin videoçarxı və tədbirdən çəkilən bəzi fotoları təqdim edirik.


“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO
“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO
“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO
“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO
“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO
“Şəfqət nuru” və “Nur” uşaq evi cəmiyyətə təqdim edildi-VİDEO+FOTO

Bənzər xəbərlər

Gündəm