Jul 05

İsmayıllı Olimpiya İdman Kompleksinin  sabiq direktoru tam bəraət aldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru Tofiq Hümbətov barəsində cinayət işinə yekun baxış keçirilib.



Mozalan.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülmüşdü.

İş üzrə materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.


Gəncə Ağır Cinayətlər Məhkəməsindən  verilən məlumata görə iş üzrə məhkəmə baxışı  05.07.2019-cu ildə yekunlaşıb.
Məhkəmə prosesi zamanı Tofiq Hümbətova qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmayıb.
Onun  günahsız olması sübuta yetirilib. 


 Tofiq Hümbətov barasində başlanmış cinayət işi xətm olunub və o tam bəraət alıb.



Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışırdı.

Bənzər xəbərlər

Gündəm

0.03314995765686