TənqidJun 28

Saatı oğlulanan Rövnəq Abdullayevin oğludur? – Daha bir iddia

İki gün öncə İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərindəki saatı oğurlanıb. Artıq iki gündür ki, saatın kimə məxsus olması haqda müxtəlif iddialar irəli sürülür. 

Bu ana qədər saatın kimə məxsus olması haqda 3 versiya irəli sürülüb. Ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli, daha sonra isə Rusiyadakı azərbaycanlı iş adamı Fərhad Əhmədovun oğlu Timur Əhmədova məxsusluğu haaqda iddialar səsləndi. Hər iki şəxs bu iddiaları təkzib etdi.

Dünən günün sonunda isə saatın SOCAR prezdenti, deputat Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevə məxsus olduğu söylənilir. Bununla bağlı sosial şəbəkələrdə İspaniya polisi tərəfindən hazırlandığı iddia olunan izahat da yayılıb. Həmin izahatda bir neçə məmur övladının da adı çəkilir. 

Azerbaycanrealligi.com xəbər verir ki, məsələ ilə bağlı SOCAR-ın  ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a açıqlama verib:

“Artıq Rövnəq Abdullayev də daxil olmaqla üçüncü ittihamdır ki, irəli sürülür. İttiham olunan üç nəfərdən ən azı ikisi yanlışdır. Hər halda Rövnəq Abdullayevə qarşı sürülən bu ittiham saxtadır. Rövnəq Abdullayevin nəyə görə hədəf olaraq götürülməsi araşdırılır. Məsələ ilə bağlı əlavə tədbirlər görülür. Bu cür ittihamların, iddia olunan dəlillərin doğruluğu məhkəmə vasitəsilə araşdırılmalıdır. Məhkəmə qərarı çıxanadək kimisə mühakimə etmək doğru olmaz”.

Qeyd edək ki, xarici mətbuatda hadisənin təfərrüatı barədə bildirilir ki, azərbaycanlı turist dəniz sahilində dostu ilə gəzintidə olarkən günün günorta çağı hücuma məruz qalıb.

Oğru onu bir neçə dəfə itələdikdən sonra qolundakı bahalı saatı götürərək qaçıb.
Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

Oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatın çəkisi cəmi 40 qramdır.

Azerbaycanrealligi.com

Bənzər xəbərlər

Gündəm