May 30

Arvadımı lüt videoya çək-Vəkildən çok açıqlama: VİDEO

Bakı Apellyasiya Məhkəməsi də Merim Beishekeyevanın (Beyşekeyevanın) doğum şəhadətnaməsi ilə əlaqədar iddiasını mümkünsüz sayıb

12 fevral 2019 il tarixdə işıq üzü görən “Davud Bağırov məhkəmənin ədalətli qərarını icra edəcəkmi?” məqaləsində qeyd edilmişdir ki, ABŞ vətəndaşı azyaşlı Ceylanın işində Komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırova qarşı Merim Beishekeyevanın (Beyşekeyevanın) iddiası əsasında Dubayda baş tutan Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 fevral 2019 il tarixli QƏRARINA əsasən tanınıb və məcburi icrasına yönəlib.

Həmin məqalədən 11 gün əvvəl – yəni 01 fevral 2019 il tarixdə işıq üzü görən məqaləmizdə respublikanın Ailə, Qadın və Uşaq problemlər üzrə komitənin uşaq problemlər şöbəsinin müdiri olmuş Bağırova Cəmilənin qardaşı Bağırov Davudun Dubay Apellyasiya Məhkəməsini də aldatmağa çalışması cəhdlərin baş tutmaması, Bağırov Davud tərəfindən Mamurova Aselin, onun vasitəsilə Merim Beishekeyevanın (Beyşekeyevanın) əleyhinə Qırğızıstandan və Azərbaycandan dəvət etmiş olduğu yalançı şahidlərin özlərini və Bağırov Davudu ifşa edən ifadələri Dubay Əmirliyinin Apellyasiya İnstansiyası Məhkəməsini də hiddətləndirməsini Bağırov Davudun küllü miqdarda cərimələnməsini, Bağırov Davudun və Jeksenbayeva Zarinanın uşaq oğurluğuna dair dayandırılmış cinayət işinin bir neçə vaxtdan sonra təzələnəcəyi, Bağırov Davudun, onun nümayəndə və vəkili olmuş Quliyev Azərin 20 iyul 2017-ci il tarixində və 14 yanvar 2019-cu il tarixində hazırlamış, AR Ali Məhkəməsinə təqdim etmiş olduğu etirazlarının, Bağırov Davudun AR Ali Məhkəməsinin 05 oktyabr 2017 il tarixli Qərardadına qarşı konustitusiya məhkəməyə 13 noyabr 2017-ci il tarixində təqdim etmiş olduğu şikayətin surətləri çap edilmişdir. Həmin məqalədə “Respublikanın birinci vitse prezidentinə təkrarən növbəti şok-məktub” müraciət göndərilmişdir.

ceylo

► ► ► Mətbuat səhifələrində ABŞ vətəndaşı olan azyaşlı Ceylanın anası Merim Beishekeyevadan (Beyşekeyevadan) oğurlanaraq viza rejimi kobud surətlərdə pozulmaqla Azərbaycan Respublikası ərazisinə gətirilməsinə, iş üzrə uzun müddət qalmaqallı məhkəmə proseslərinin davam etməsinə dair minlərlə məqalələrin çap edilməsi ilə nəticələnsə də, bu işdə dövlət məmurlarının da adları keçsə də, bu günə qədər məsələ öz hüquqi həllini tapmamış, bu azmış kimi konustitusiya məhkəməsi tərəfindən də hüquqa zidd məhkəmə aktının çıxmış olması ilə nəticələnmişdi.

Bir daha oxucuların diqqətinə çatdırılır ki, 2017 ilin mart ayının əvvəllərindən başlayaraq “Yeni Müsavat”qəzetində, Musavat.com saytında, “Pravdainfo.org” və “Təzadlar” saytlarında, digər qəzet və çoxsaylı saytlarda, “AzEuroNews.com” saytının 20 iyun 2018 il tarixli, “MillətinSəsi.info” 21 iyun 2018 il tarixli buraxılışlarında “Hicran Hüseynovanın adı keçən Ceyla işində Mehriban Əliyevaya şok – Məktub” məqaləsində, 09 oktyabr 2018 il tarixli buraxılışda “konustutusiya məhkəməsindən və onun sədrindən görünməmiş rəzalət” məqaləsində, “Təzadlar” və “Hürriyyət” qəzetlərində və saytlarında Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının kobud surətdə, qəddarcasına pozulmuş olmasından onun hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadənin məlumatları işıq üzü görüb.

12 fevral 2019 il tarixdə işıq üzü görən məqalədə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019 il tarixdə çıxardığı Qərarla əlaqədar Ceylanın anası, Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyevanın (Beyşekeyevanın) hüquqlarının müdafiəçisi, hüquqşünas Abdulla Əfəndizadə bizim sayta göndərdiyi məktubda Azərbaycanın Prezidentinə, onun xanımı birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Ədliyyə naziri və Məhkəmə Hüquq şurasının sədri Fikrət Məmmədova, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayevə, onun müavini, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri Şəlalə xanım Məmmədovaya, hakimlər: Ənvər Şadıyevə, Qəhrəman Allahverdiyevə və İlqar Xələfova təşəkkürlərini bildirməklə eyni zamanda konustitusiya məhkəməsi tərəfindən 25 iyul 2018-ci il tarixiylə çıxarılmış qərarında irad tutulmuş səbəblərə aydınlıq gətirmişdir.

Həmin məqaləmizdə ətraflı qeyd etdiyimizdən indiki məqalədə bütün təfərrüatlarını təkrar etməyəcəyik.

Sadəcə bu günkü məqaləmizin işıq üzü görməsinə səbəb Bağırov Davudun Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 06 fevral 2019 il tarixli QƏRARINA əsasən İcra Vərəqəsinin icra edilməsinin qarşısını almaq üçün yenidən respublikanın konustitusiya məhkəməsindən “yararlanmaqda” növbəti dəfə bacısı olmuş – respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin uşaq problemlər müdiri olmuş Bağırova Cəmilənin, həmin komitənin sədri olmuş Hüseynova Hicranın, konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevin arvadı- Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İsgəndərova İradənin və digər məsul vəzifəli şəxslərin “köməklərindən” istifadə “etmişdi”.

davud

Respublikanın Konstitusiya Məhkəməsi 30 aprel 2019-cu il tarixində 18 aprel 2019-cu il tarixiylə Bağırov Davudun tərəfindən verilmiş şikayətin icraata götürülmüş olması barədə qərardadı çıxarmışdı. Hələ 11 aprel 2019 il tarixdə dəqiq məlumat olduğu halda ki, Bağırov Davud tərəfindən verilmiş şikayətini yenidən məruzəçi-hakim olmuş Rövşən İsmayılova 12 aprel 2019-cu il tarixində təqdim ediləcəkdi, nəzərə alanda ki, 13 və 14 aprel 2019 il tarixləri istirahət günlərinə düşür, belə halda 4 (dörd) iş günü ərzində 4 (dörd) hakimin: sədrlik etmiş Mahir Muradovun, məruzəçi Rövşən İsmayılovun, digər hakimlər Sona Salmanovanın, Kamran Şəfyevin iş materialları ilə tanış olub, qərardadı çıxarmış olmaları əsaslı şübhələr yaradır.

Digər tərəfdən dəqiq olaraq hələ 25 aprel 2019 il tarixdə də Bağırov Davudun şikayətini icraata götürməmişdilər. Daha sonra məhkəmənin tərkibində konustitusiya məhkəmənin hakimi olmuş Mahir Muradov əvvəldən ümumiyyətlə olmadığı halda, sonradan özlərini siğortalamış olmaq üçün onu da bu oyuna “qatmış olmaları” konustitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayevin “özünü qoruma” instinktindən “irəli gəlmişdi”.

Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi, hüquqşünas Abdulla Əfəndizadə Bağırov Davudun tərəfindən verilmiş konustitusiya şikayətinə qarşı 08 may 2019 il tarixdə hazırladığı etirazı məhkəməyə təqdim etmişdir.

Abdulla Əfəndizadənin hazırladığı etirazından görünür ki, ilk dəfə Bağırov Davud tərəfindən verilmiş konustitusiya şikayətini 24 may 2018-ci il tarixiylə icraata götürmüş məhkəmə tərkibi: sədrlik etmiş, hakim olmuş Kamran Şəfyev, məruzəçi-hakim olmuş Rövşən İsmaylov, digər hakim Sona Salmanova, bu dəfə ki, yəni 18 aprel 2019-cu il tarixiylə Bağırov Davudun tərəfindən verilmiş yeni şikayətin icraata götürülmüş olmasında da məhkəmə tərkibində yer almışdılar.

Sadəcə bu dəfə sədrlik etmiş, hakim Mahir Muradov olmuşdu, məruzəçi-hakim yenə Rövşən İsmaylov olmuşdu, digər hakimlər yenə də Kamran Şəfyev, Sona Salmanova idilər. Yəni, məhkəmənin sədri ollmuş Fəryad Abdullayev məhkəmənin tərkibinə “rəng qatmış olmağa” çalışmışdı (Bağırov Davudgilin sevinclə dediklərinə görə Mahir Muradov respublikanın birinci vitse prezidenti Mehriban xanım Əliyevanın xalası oğlu idi). Yəni bu dəfəki icraatda məhkəmənin hakimi olmuş Mahir Muradovdan “istifadə etmişdilər”.

Bununla konustitusiya məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 25 maddəsini-Qərəzsizlik və ədalət prinsipini kobud surətdə pozmuşdular. Belə ki, Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.

Eyni zamanda konustitusiya məhkəmənin hakimləri “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46 maddəsini kobud surətdə pozaraq eyni işə eyni tərkibdə təkrar baxmış olmağa “razılaşmışdılar”.

“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 46.1.1. maddəsinə əsasən hakim (və ya hakimlər) əvvəllər öz qulluq vəzifələrinə görə məsələ üzrə qərar qəbul edilməsində iştirak etmişlərsə özü-özlərinə etiraz verməlidirlər. Bu bir daha onu deməyə əsas verir ki, görünür digər hakimlər Südabə Həsənova, Rafael Qvaladze, Ceyhun Qaracayev və İsa Nəcəfov belə bir qanunsuzluğa qol qoymaq istəməyiblər, əvvəldə qeyd edildiyi kimi konustitusiya məhkəmənin sədri olmuş Fəryad Abdullayev də öz arvadının-Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İradə İsgəndərovanın qisasını almış olmağa tələsmişdi.

ferhad

Bütün bunlar ona görə edilirdi ki, azyaşlı Ceyla 10 yaşına çatmış olaydı, bu müddət ərzində anası Merim Beishekeyevanı (Beyşekeyevanı) unutmuş olaydı, azyaşlı Ceylanın anası Merim Beishekeyevaya (Beyşekeyevaya) verilməməydi.

Təbii ki, bu insanlıqdan uzaq olan bir hərəkət idi (Ananı baladan ayırmağa çalışmış olan şəxslər və onlara bu işlərdə rəvac vermiş digər şəxslər bir gün özləri balalarından, nəvələrindən ayrı düşəcəkdirlər).

“Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinə əsasən məsələ üzrə konstitusiya məhkəmənin qərarı mövcud olduqda şikayətin icraata qəbul edildiyindən imtina olunmalıdır.

Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 62.1. maddəsində konustitusiya məhkəmənin aktlarının qərardad və qərar formasında olmasını, o cümlədən palataların iclasında qərardadların plenumun iclasında isə qərarların və qərardadların qəbul edildikləri qeyd olunmuşdur. Göründüyü kimi qərarı yalnız plenumun iclaslarında çıxarırlar.

Deməli, “Konstitusiyya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsi məhz ikinci dəfə belə bir işə baxılmış olmasının mümkünsüzlüyünü ehtiva edir. Lakin qeyd edildiyi kimi respublikanın konustitusiya məhkəmənin sədiri olmuş Fəryad Abdullayev “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunundan “öz bildiyi, özünə, arvadına sərf etdiyi tərzdə” istifadə etməyə “çalışmışdı”.

Məlum olduğu kimi Dubay Ali Məhkəməsinin iş №250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına və məcburi icrasına yönəlməsinə dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev, hakimlər: E.R.Vəliyeva və T.A.Qoldman tərkibdə) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixdə çıxan Qərardadına qarşı ərzəçi olmuş Bağırov Davud Zöhrab oğlu tərəfindən verilən konustitusiya şikayətini konustitusiya məhkəməsi 6 ay 10 gündən sonra heç bir əsas olmadan sədrlik etmiş, hakim olmuş Kamran Şəfyevin, məruzəçi-hakim olmuş Rövşən İsmaylovun, digər hakim Sona Salmanovanın tərkibində 24 may 2018-ci il tarixiylə icraata götürmüş olmuşdu, 28 iyun 2018-ci il tarixində keçirilmiş məhkəmənin plenumunun iclasından sonra müşavirəyə çıxmış məhkəmənin tərkibinin “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 63.5. maddəsini kobud surətdə pozaraq uzağı 15 (on beş) gün ərzində məhkəmə aktını elan etməli olduğu halda bir aydan artıq müddət keçdikdən sonra 25 iyul 2018-ci il tarixiylə qərarı çıxarmışdılar.

05 avqust 2018-ci il tarixində “Respublika” qəzetində çıxarılmış qərarının bütün mətninin verilməsi əvəzinə təkcə nəticə hissəsini elan etmişdilər.

Konstitusiya Məhkəməsinin çıxarılmış olduğu həmin qərarının Azərbaycan Respublikasının Ali Məhkəməsinə qayıtmış olduğundan Ali Məhkəmə Plenumu tərəfindən ləğv edilərək, Mülki Kollegiyada yenidən baxılmaq üçün göndərilmişdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən, hakim Ə.Ə.Şadıyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixdə çıxardıqları Qərardadına əsasən Merim Beishekeyevanın (Beyşekeyevanın) adından mənim tərəfimdən verilən Ərizə və Vəsatət təmin edilmişdir.

Bağırov Davud ərzəçi qismdə respublikanın konustitusiya məhkəməsindən yenə də “yaralanmış olmağa”çalışmışdı. Bağırov Davud yuxarıda qeyd edilən AR Ali Məhkəməsinin Qərardadını icra etməkdən yayınmışdı, Səbail r-n icra və probasiya şöbəsinə ərzəsiylə müraciət edib, qoşmasında konustitusiya məhkəməyə 27 mart 2019-cu il tarixində vermiş olduğu şikayətin surəti də əlavə edilmişdi. Səbail r-n icra və probasiya şöbəsinə ünvanlamış olduğu ərizəsində Bağırov Davudun “arxayınçılığı” sezilmişdi.

Eyni zamanda məlum olduğu kimi respublikanın konustitusiya məhkəmənin sədri olmuş Fərhad Abdullayevin arvadı – Səbail r-n qeydiyyat şöbəsinin rəisi olmuş İsgəndərova İradənin 2012-ci ilin dekabr ayının 12-də Merim Beishekeyevanın (Beyşekeyevanın) azyaşlı qızı-02 noyabr 2012 il təvəllüdlü Amerika Birləşmiş Ştatlarının vətəndaşı Ceylaya Merim Beishekeyevanın (Beyşekeyevanın) xəbəri və icazəsi olmadan, ən əsası da gördüyü halda ki, artıq Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 16 noyabr 2012 il tarixdə azyaşlı Ceylaya doğum haqqında şəhadətnamə verilmişdir, bununla belə nə Bağırov Davudun, nə də Merim Beishekeyevanın (Beyşekeyevanın) olmadıqları, heç kəsə etibarnamə vermədikləri halda saxtakarlıq etmiş olaraq Azərbaycan ərazisində doğum şəhadətnaməsi hazırlanmışdı.

Həmin saxta doğum şəhadətnaməsinin etibarsız sayılması üçün Merim Beishekeyevanın (Beyşekeyevanın) adından mən 2017 il mart ayından cavabdeh Səbail r-n qeydiyyat şöbəsinə, üçüncü şəxslər: Bağırov Davudun və onun bacısı olmuş Bağırova Cəmilənin də cəlb edilməsini təşkil etməklə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” iddiası ilə müraciət etmişik.

ikiz

Həm 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanunsuz olaraq iddianın təmin edilməmiş saxlamış olduqlarını gördüyümdən AR Ali Məhkəməsinə verilən Kassasiya Şikayətimiz ilk dəfə 14 fevral 2018 il tarixdə təmin edilərək apellyasiya instansiyasına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi yenə də əsassız olaraq iddia və şikayətimizi təmin etməmiş olduğundan biz yenidən AR Ali Məhkəməsinə Kassasiya Şikayətinin verilməsini təşkil etdik.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının (sədrlik edən, hakim K.N.Bədəlov, hakimlər: S.Ə.Hüseynova və İ.A.Dadaşov tərkibdə) iş №2-1(102)-1998/2018 saylı 13 dekabr 2018 il tarixdə bizim tərəfimizdən verilən Kassasiya Şikayətinin təmin edilməsinə dair Qərar çıxarmışdır.

Həmin Qərar üzrə iş materialları Bakı Apellyasiya Məhkəməyə qayıtdıqdan sonra üçüncü şəxslərdən Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azər 11 aprel 2019 il tarixinə təyin edilən məhkəmənin iclasının təxirə salınmış olmasına nail olmuşdu. Bizdə məlumat olduğundan ki, Bağırov Davud konustitusiya şikayətini məhkəməyə təqdim etmişdi, Quliyev Azərin məhkəmə iclasını təxirə salınmış olması artıq Bağırov Davudgilin konustitusiya məhkəməsi ilə “anlaşmaya getmiş” olmalarına, vermiş olduğu şikayətin qanunsuz və əsassız olaraq icraata götürülmüş olmasına nail olacaqdılar.

Elə də olmuşdu! 02 may 2019 il tarixdə Bakı Apellyasiya Məhkəməsində “doğum şəhadətnaməsinin etibarsız sayılmasına və s.” iddiası ilə əlaqədar hakim olmuş cahangir yusifovun sədrliyilə keçirilmiş iclasda Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azər vəsatət vermişdi ki, Bağırov Davudun konustitusiya şikayətini icraata götürmüş olduqlarından inzibati işin icraatı dayandırılsın.

Lakin mən buna qəti etiraz edib, doğum şəhadətnaməsiylə tanınma haqqında AR Ali Məhkəməsinin Qərardadını bir-birinə aidiyyatı olmadığından eyniləşdirmək olmadığına əsasən işin icraatın dayandırmağa heç bir əsas olmadığını bildirdiyimdən məhkəmə onun vəsatətini rədd etdi.

Quliyev Azərin növbəti vəsatətini-harada iddianın mümkünsüz sayılmış olmasını istəmişdi, məhkəmə çox təəssüflər olsun ki, əsassız olaraq təmin etmişdi. Nə isə. Bu cümlələri yazmaqda məqsədim konustitusiya məhkəmənin sədri olmuş Fəryad Abdullayevin öz arvadının qisasını almağa nail olmaq üçün çalışmış olması idi.

Siz bir fikir verin!

Bu qanunsuzluqların nəticəsi idi ki, Bağırov Davud Konstitusiya Məhkəməsinin sədiri olmuş Fərhad Abdullayevdən “ilham almış olaraq” Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı “valideynlik hüquqlarından məhrum olmağa” görə iddiasını Sabunçu r-n məhkəməyə təqdim etmiş olmuşdu. İddia ərzində Merim Beishekeyevanın (Beyşekeyevanın) Azərbaycanda yaşayış ünvanını da Babək küçəsi ev 74 mənzil 2 göstərməkdənsə, qəsdən 14 mənzil 2 göstərmişdi. Sabunçu rayon məhkəmənin hakimi olmuş Səmədov Əşir də 15 aprel 2019-cu il tarixində icraata götürmüş olmaqla məhkəmənin hazırlıq iclasını 22 aprel 2019-cu il tarixə təyin etmişdi.

Bağırov Davud Dubayda da 2018-ci ilin may ayının əvvəllərində Merim Beishekeyevadan (Beyşekeyevadan) gizlin ona qarşı azyaşlı Ceyla ilə əlaqədar iddia qaldırmışdı. Həmin iddiasında Merim Beishekeyevanın (Beyşekeyevanın) ünvanını və mobil telefonunun yerinə tamam başqa tanış qadınının ünvanını və telefonunu göstərmiş olmuşdu.

Sırf təsadüf nəticəsində Merim Beishekeyeva (Beyşekeyeva) belə bir iddiadan xəbər tutduqdan sonra apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına qatılmaqla Bağırov Davudu ifşa etmiş, Bağırov Davudun tərəfindən çağırılmış yalançı şahidlər özləriuni ifşa etmiş olduqlarına görə Dubay Əmirliyinin Apellyasiya İnstansiya Məhkəməsinin tərəfindən Bağırov Davudun iddiası və apellyasiya şikayəti rədd edilməklə məhkəmə Bağırov Davudu külli miqdarda cərimə etmişdir.

Dubay Apellyasiya İnstansiya Məhkəməsinin Qətnaməsinə qarşı Bağırov Davudun tərəfindən Dubay Ali Məhkəməsinə vermiş olduğu kassasiya şikayətini də Dubay Ali Məhkəməsinin 7 (yeddi) hakimlərdən ibarət məhkəmə kollegiyası 30 aprel 2019 il tarixdə rədd etməklə yanaşı Bağırov Davudu yenə də külli miqdarda cərimələmişdirlər.

Yeri gəlmişkən Bağırov Davudun Dubaydakı vəkili Dubay Əmirinin yaxın qohumu olub, özü də yüksək qonorarla (ən aşağısı üç yüz min dirhəm (haradasa otuz bir min ABŞ dollarına yaxın məbləğ) hər instansiyaya müqavilə bağlayan) işləyən vəkillərdəndir. Bununla belə Dubaydakı Ali Məhkəmə qanunu üstün tutaraq tapşırığa, xahişə, vəzifəsinə görə əyilməyib Bağırov Davudun əsassız və qanunsuz şikayətini tamamilə rədd etmişdir.

Sabunçu r-n məhkəmənin hakimi olmuş Səmədov Əşirin 07 may 2019-cu il tarixində saat 16:35-ə təyin etmiş olduğu məhkəmənin hazırlıq iclasını saat 17:45-də başlaması ondan irəli gəlmişdi ki, məhkəmənin sədri olmuş İlqar Abbasovun tərəfindən verilmiş tapşırığa görə harada ona da (yəni İlqar Abbasova da) ədliyyə nazirliyindən, respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri olmuş Hicran Hüseynovadan göstəriş verilmişdi, onlar məhkəmənin açıq keçirilməsini istəməmişdilər, Bağırov Davudun xeyrinə qanunsuzluq törədilmiş olsun deyə məhkəmənin iclasının qapalı aparılmış olmasına çalışmışdılar.

Bu səbəbə görə onlara rəsmi olaraq iddiaçı olmuş Bağırov Davudun və yaxud ona nümayəndə və vəkili olmuş Quliyev Azərin məhkəmənin iclasının qapalı keçirilmiş olması üçün “vəsatətini” almağı lazım idi. Belə də oldu.

Məhkəmənin hazırlıq iclasını 1 saat 10 dəqiqədən artıq gecikən Quliyev Azər vəsatətini təqdim etmişdi ki, məhkəmə iclasları qapalı keçirilsinlər. Ancaq iş üzrə cavabdeh olmuş Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi və vəkil İlham Rəhimov isə Merim Beishekeyevanın (Beyşekeyevanın) xaişini və özünündə fikrini məhkəməmnin və Bağırov Davudgilin tərəfinin diqqətinə çatdırdı ki, onlar (yəni Merim Beishekeyevagil (Beyşekeyevagil)) heçnədən çəkinmirlər, Merim Beishekeyevanın (Beyşekeyevanın) qəbahəti olmadığından məhkəmə iclaslarının açıq aparılmalarını istəyirlər.

Lakin Bağırov Davudgilin əvvəlcədən məhkəməylə gəlmiş olduqları razılığa görə məhkəmənin tərəfindən Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azərin vəsatətini təmin etmiş olaraq məhkəmə iclasının qapalı keçirilmiş olması qərara alınmışdı.

Hələ Quliyev Azərin bu məlum vəsatətin verilmiş olmasından əvvəl Merim Beishekeyevanın (Beyşekeyevanın) nümayəndəsi və vəkil İlham Rəhimov tərəfindən Merim Beishekeyevanın (Beyşekeyevanın) hazırlanan, Sabunçu r-n məhkəmənin hakimi olmuş Səmədov Əşirin bu mülki işin aparılmasından kənarlaşdırılmasına dair verdiyi etirazı təmin edilməmiş qalmışdı.

O ki, qaldı konustitusiya məhkəmənin hələ 2018-ci ilin 25-i iyul tarixiylə çıxarmış olduğu qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 oktyabr 2017 il tarixli Qərardadına alimentlə və qəyyumluğa görə xərclərlə “ilişmiş olması” da əsassız olmuşdur.

Bununla belə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən, hakim Ə.Ə.Şadıyev, hakimlər: Q.Ə.Allahverdiyev və İ.R.Xələfov tərkibdə) iş №10(102)-07/2019 saylı 06 fevral 2019 il tarixdə çıxardıqları Qərardadına fikir verdikdə Ali Məhkəmə tərəfindən bu hala hüquqi qiymət verildiyi aydın görünür. Ancaq bununla belə “Millətinsəsi.info” saytının 12 fevral 2019 il tarixdə işıq üzü görən“Bağırov Davud məhkəmənin ədalətli qərarını icra edəcəkmi?” məqaləsində qeyd edildiyi kimi bir daha qeyd edirik.

Birincisi: aliment hissəsinə dair onu bildirmək olar ki, Merim Beishekeyeva (Beyşekeyeva) iddianı məhkəməyə 14 iyul 2015 il tarixdə verəndə (mərhum Prezidentimiz Heydər Əliyevin ilk dəfə Azərbaycan dövlətinə 1969-cu ildə rəhbər seçildiyi gündə) azyaşlı Ceylanın 3 (üç) yaşı tamam olmamışdır (Ceyla 02 noyabr 2012 il tarixdə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərdə anadan olmuşdur, həmin dövlətin vətəndaşıdır, iddia veriləndən 3 ay 18 gündən sonra 3 yaşı tamam olmuşdur).

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AR AM-nin) 76 maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı nəzərdə tutulmuşdur.

AR AM-nin 76.1 maddəsində Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

AR AM-nin 76.1.1 maddəsində 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

AR AM-nin 76.1.2 maddəsində 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

AR AM-nin 76.1.3 maddəsində 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

AR AM-nin 76.2 maddəsində bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

AR AM-nin 81 maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur.

AR AM-nin 81.1 maddəsində alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

AR AM-nin 81.2 maddəsində valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

AR AM-nin 81.3 maddəsində məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Dubay Məhkəmələrinin Qərarlarına diqqət etdikdə Bağırov Davudun Dubayda “POTOK CENERAL TREYDİNQ”şirkətinin direktoru, Ras-Əl-Xayma şəhərində “Qlobal Marketinq investment” şirkətinin sahibi (səhmlərin 100%-nə malikdir), həmçinin Dubaydakı Bürc Olqanada daşınmaz əmlaka hansı ki, 1.590.500 (bir milyon beş yüz doxsan min beş yüz) dirhəm məbləğində qiymətləndirilir və 1.493.929 (bir milyon dörd yüz doxsan üç min doqquz yüz iyirmi doqquz) dirhəm dəyərində qiymətləndirilən Arena Apartsment adlı Bürc “Sport City of Dubay”da daşınmaz əmlaka malik olduğu sübuta yetirilərək ondan pul vəsaiti tutulmuşdur.

Bağırov Davudun tərəfindən guya Dubay Hökuməti ilə 10.000 (on min) dirhəm əmək haqqı alması barədə təqdim etmiş olduğu sənədin kserosurətini də saxtalaşdırmışdır.

İş mat. 1-ci Cildinin 90-94-cü vərəqlərindən (ərəb dili və ərəb dilindən Azərbaycan dilinə tərcümə edilmiş variantda) görünürdü ki, tərcümə “linqvo” tərcümə mərkəzində edilmişdi, həmin tərcümə nə notariat qaydasında təsdiq edilməyib, nə də Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyində, Xarici İşlər Nazirliyində leqallaşdırılmayıb, Azərbaycanın Dubaydakı Baş Konsulluğunda (və ya BƏƏ-dəki səfirliyində) qeydiyyatdan keçirilməmişdir. Digər tərəfdən məhkəmə qətnaməsinə şərh vermək onun hüququ deyildir.

İkincisi, o nəyə görə Dubay Əmirliyinin birinci instansiya məhkəməsində onun yüksək əmək haqqı almasını göstərən hallara qarşı apellyasiya instansiyası məhkəməsinə şikayətini verməmişdir?!?...

Üçüncüsü, Azərbaycan Respublikasının qanunvericiliyində əgər həqiqətən də hazırda onun əmək haqqı yüksək deyildirsə və yaxud daimi iş yeri yoxdursa, əmək haqqı almırsa belə halda o Azərbaycan ərazisində məhkəməyə müraciət edib, ona təyin edilmiş alimentin, pul vəsaitinin həcminin azaldılmasına dair iddia qaldıra bilərdi.

Bağırov Davudun təkcə elə bir şirkətdən “Qlobal Marketinq investment”dən aylıq maaşın 100.000 (yüz min) dirhəm (təxminən 31.000 (otuz bir min) ABŞ dolları) olduğuna əsasən əslində bizim qanunvericiliyə əsasən 25% aliment ayda 25.000 (iyirmi beş min) dirhəm (təxminən 8.000 (səkkiz min) ABŞ dolları) məbləği civarındadır. Lakin ondan aliment pulu 2.000 (iki min) dirhəm (təxminən 500 (beş yüz) ABŞ dolları) tutulmasını qeyd etmişdir. Konstitusiya Məhkəməsi bu hala da “qəbahət” tapmış olması “şübhələri” bir az da artırmışdı.

Əslində Dubay Məhkəməsinin qərarında olan pulları hesablasaq hətta hesab edilsə ki, azyaşlı Ceyla elə 2017 ilin noyabr ayında anası Merim Beishekeyevaya (Beyşekeyevaya) təhvil verilmişdir, həmin pul məbləğləri azyaşlı Ceylanın 18 yaşı tamam olana qədər heç cəmi 70.000 (yetmiş min) ABŞ dolları etmirdi. Ancaq aylıq 25% maaşından (yəni 100.000 dirhəmdən (31.000 ABŞ dollarından artıq)) tutulsa bu hər ay ən azı 7.500 (yeddi min beş yüz) ABŞ dollarından artıq edir.

Yəni ildə ən azı 84.000 (səksən dörd min) ABŞ dolları elə 2019 ildən hesablasaq 10 il ərzində 840.000 (səkkiz yüz qırx min) ABŞ dolları edir. Lakin bu hal Dubay Ali Məhkəməsinin çıxardığı 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarda yoxdur. Əgər Bağırov Davud azyaşlı Ceylanı indi qaytarsa, hətta azyaşlı Ceylanın 19 yaşı olana qədər 60.000 (altmış min) ABŞ dollarından da az edir.

İkincisi: qəyyumluq üzrə xərclərin ödənilməsi hissəsinə gəldikdə onu vurğulamaq lazımdır ki, məlumdur ki, Azərbaycan Respublikasının Ailə Məcələsinin (AR AM-nin) 114-cü maddəsində valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi nəzərdə tutulmuşdur.

AR AM-nin 114.1. maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

AR AM-nin 136-cı maddəsində üzərində qəyyumluq və himayə təyin edilən uşaqların müdafiəsi nəzərdə tutulmuşdur.

AR AM-nin 136.1 maddəsində qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur.

AR AM-nin 136.2 maddəsində qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.

AR AM-nin 136.3 maddəsində uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir.

Məlum olduğu kimi azyaşlı Ceylanın anası Merim Beishekeyevadır (Beyşekeyevadır), atası isə Bağırov Davud idi. Nə Merim Beishekeyeva (Beyşekeyeva), nə də Bağırov Davud valideynlik hüququndan məhrum edilməyiblər.

Yəni Dubay Məhkəmə instansiyalarının Qərarlarında “qəyyumluq” sözü özünün hərfi mənasında azyaşlı Ceylanın valideyn himayəsində (burada Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində) qalması diqqətə götürülübdür. Konustitusiya Məhkəməsi isə bu halı “şişirtmiş” olaraq “qəyyumluq” sözünü Bağırov Davuda “sərf etmiş formasında” qeyd etmişdi. Onu da qeyd etmək yerinə düşər ki, ərəb dilində qəyyumluq və himayəçilik bir məna daşıyır.

AR AM-nin 22 maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər nəzərdə tutulmuşdur.

AR AM-nin 22.1 maddəsinə görə nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

AR AM-nin 22.2 maddəsində bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

AR AM-nin 22.2.1 maddəsində boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;

AR AM-nin 22.2.2 maddəsində uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;

AR AM-nin 22.2.3 maddəsində ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;

AR AM-nin 22.2.4 maddəsində ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

AR AM-nin 22.3 maddəsində əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.

Göründüyü kimi Dubay Məhkəmələri azyaşlı Ceylanı anası Merim Beishekeyevanın (Beyşekeyevanın) himayəsində saxlanmasını zərurət hesab ediblər. O da məlumdur ki, Merim Beishekeyeva (Beyşekeyeva) əmlakla əlaqədar Bağırov Davuda qarşı iddia qaldırmamışdır.

Respublikanın konustitusiya məhkəməsi bu günə qədər Ali Məhkəmə tərəfindən çıxarılan qərarın bir dəfə qüvvədən düşmüş hesab edilməsi barədə qərarı çıxardıqdan sonra həmin iş üzrə Ali Məhkəmə tərəfindən təkrarən hətta açıq-aydın şəkildə əsassız çıxarmış olduğu qərarını belə ikinci dəfə konustitusiya məhkəməyə şikayət verdikdə heç vaxt icraata götürməyib, icraata götürməmə barədə Qərardadda əsas olmadığını qeyd etmişdirlər.

Qeyd etmək yerinə düşər ki, konustitusiya məhkəməsi tərəfindən ikinci dəfə eyni iş üzrə verilmiş şikayətlərə və imtina verməsi əsaslıdır, necə ki, lap əvvəldə qeyd edildiyi kimi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6. maddəsinə əsasən məsələ üzrə konustitusiya məhkəməsinin qərarı mövcud olduqda sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır.

Bu hallara misal olaraq Musayeva Natəvan Əhəd qızının Ali Məhkəmənin 07 iyul 2009-cu il tarixli Qərarına qarşı verdiyi şikayət üzrə Konstitusiya məhkəməsi tərəfindən (sədrlik edən Südabə Həsənova) icraata götürülərək konstitusiya məhkəmənin 21 iyun 2010-cu il il tarixdə çıxardığı qərara görə qüvvədən düşmüş olsa da, ikinci dəfə Ali Məhkəmə tərəfindən eyni formada qərar çıxarılsa da, N.Ə.Musayeva tərəfindən ikinci dəfə respublikanın konustitusiya məhkəməsinə müraciət etdikdə, bu dəfə hakim Sona Salmanovanın sədrliyilə yeni məhkəmə tərkibi icraata götürməkdən imtina etmişdir.

Digər nümunə Solmaz Həsən qızı Abbasovanın Ali Məhkəmənin 04 noyabr 2015-ci il tarixli Qərardadından konstitusiya məhkəməyə verdiyi şikayəti məruzəçi-hakim Ceyhun Qaracayevin iştirak etdiyi məhkəmə tərkibi tərəfindən icraata götürülərək konustitusiya məhkəməsinin 16 oktyabr 2016-cı il tarixli qərarı ilə qüvvədən düşmüş olsa da ikinci dəfə Ali Məhkəmə tərəfindən eyni formada qərar çıxarılsa da S.H.Abbasova tərəfindən ikinci dəfə respublikanın konustitusiya məhkəməsinə müraciət etdikdə, bu dəfə də konustitusiya məhkəmənin palatası icraata götürməkdən imtina etmişdir.

İndi konustitusiya məhkəməsini, onun sədiri olmuş Fəryad Abdullayevin bu qanunsuz hərəkətlərini necə başa düşmək olardı?!?

İnanırıq ki, respublikanın prezidenti, onun xanımı, respublikanın birinci vitse prezidenti nəhayət bu qanunsuz hərəkətlərə görə işləri nəzarətlərə götürüb, respublikanın konustitusiya məhkəməsi tərəfindən “Konstitusiya Məhkəməsi haqqında” AR Qanununu kobud surətdə pozan, bununla prezident tərəfindən aparılan hüquqi islahatlara inamı sarsıtmış vəzifəli şəxslərə, o cümlədən konustitusiya məhkəmənin sədiri olmuş Fərhad Abdullayevin, Rövşən İsmaylovun, Kamran Şəfyevin və digərlərinin barəsində ciddi ölçülər götürüb, onların səlahiyyətlərinə xitam verilməsini müzakirə edəcəkdirlər.

Binəva, 4 ilə yaxın müddətdə öz azyaşlı qızı, Amerika Birləşmiş Ştatlarının vətəndaşı Ceylaya qovuşmasına çalışan gənc ana Merim Beishekeyevanın (Beyşekeyevanın) sevinməsinə, övladına qovuşmasına mütləq yardımçı olmaqla bu əziz RAMAZAN AYINDA savab bir iş görəcəklər.

Konstitusiya məhkəməsinin hakimləri də ərzəçi olmuş Bağırov Davudun vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina olunması əsaslarının açıq-aşkarlığını gördüklərindən “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun 37.0.6., 49, 62 və 68 maddələrinə əsasən iş üzrə icraata xitam verilməsinə dair Qərardadını çıxaracaqdırlar.

Abdulla Əfəndizadənin və digər mənbələrin məlumatına görə respublikanın ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri olmuş Hicran Hüseynovanın respublikanın ombudsmanı vəzifəsinə gətirilmiş olacağını, Bağırova Cəmilənin isə Hicran Hüseynovanın yerinə sədr keçmiş olacağını söyləmişdilər. Görəsən Hicran Hüseynova Bağırova Cəmilə bu qədər özlərinə haradan və kimə görə arxayn olmuşdular ki, öz yaxınları çevrəsində sevincini gizlətməmişdilər.

Deməli, Hicran Hüseynova hansısa oliqarx məmurların himayədarlıqları hesabına komitədən getmiş olduğu halda belə həmin komitənin “nəzarəti altında saxlamış olması” üçün Bağırova Cəmilənin təyin edilmiş olmasında maraqlı olmuşdu. Əgər bu həqiqətən də düz idisə yəqin ki, ölkə prezidenti bu informasiyanı nəzərə alıb, diqqətdə saxlayıb, belə bir şəxslərin həmin vəzifələrə keçirilmiş olmalarına qəti etirazını bildirib, fərman verməyəcək.

Törədilmiş qanunsuzluqlara görə Abdulla Əfəndizadə raspublikanın prezidenti İlham Əliyevə, onun xanımına birinci vitse prezident Mehriban xanım Əliyevaya, respublikanın dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə sayt vaitəsi ilə rəsmi müraciət edərək istintaq komissiyasının yaradılması, respublikanın Ailə, Qadın və Uşaq problemlər üzrə komitənin sədri olmuş Hicran Hüseynovanın, həmin komitənin şöbə müdirləri olmuş Məmmədova Gülnarənin, Bağırova Cəmilənin, Səbail r-n İcra hakimiyyətinin başçısının müavini olmuş, qəyyumluq və himayəçilik komissiyasının sədri olmuş Bayramova Xalidənin, respublikanın Ədliyyə nazirliyinin İcra baş idarəsinin rəisi olmuş Mustafayev Nurəddinin, Səbail r-n İcra və Probasiya şöbəsinin rəisi olmuş Qocayev Anarın, Səbail r-n İcra və Probasiya şöbəsinin icra məmuru olmuş Seymur Quliyevin, Səbail r-n İcra və Probasiya şöbəsinin böyük icra məmuru olmuş, hazırda Nərimanov r-n İcra və Probasiya şöbəsinin böyük icra məmuru olmuş Nuğaylı Ayazın, respublikanın konustitusiya məhkəmənin sədiri olmuş Abdullayev Fəryadın, onun arvadı İsgəndərova İradənin, respublikanın konustitusiya məhkəmənin hakimləri olmuş İsmayılov Rövşənin, Şəfyev Kamranın, həmin məhkəmənin vətəndaşların qəbulu sektorunun müdiri olmuş Cəfərov Anarın, Bağırov Davudun nümayəndə və vəkili olmuş Quliyev Azərin, Bağırov Davudun tərəfindən konustitusiya şikayətini ilk dəfə hələ 2017-ci ilin noyabr ayının əvvəlində konustitusiya məhkəməyə daxil olduqdan sonra bu günə qədər olan müddətdə həmin şəxslərin Bağırov Davudun şikayətinə görə qanunsuz müdaxilələrinə, öz işlərinə məsuliyyətlə yanaşmamalarına, saxtakarlıq etdiklərinə, öz qulluq mövqelərindən sui-istifadə etmiş olduqlarına görə onların barəsində ciddi araşdırmaların aparılmasına, onların telefonlarından gedən-gələn zənglərin (Abdulla Əfəndizadə istintaq getdiyi zaman əlavə məlumatları, sübutları verəcək), həmin zənglərlə əlaqədar danışıqlarının mobil rabitə xidmətlərindən götürülməsi, Bağırov Davudun maliyyə sənədlərinin araşdırılması üçün araşdırmaların aparılmasına göstəriş vermələrini, istintaqın onların ciddi nəzarətləri altında olmasını xahiş edir. 

Redaksiyadan: Bağırov Davud tərəfindən 05 dekabr 2018 il tarixdə baş redaktora onda Merim Beishekeyevanın (Beyşekeyevanın) əxlaqsızlığını sübut etmiş olacaq video və səs yazılarının olduğunu bildirilmişdi, öz vəkili olmuş şəxslə redaksiyaya gəlmiş olacaqlarını bildirib.

Baş redaktor tərəfindən isə bildirilir ki, ona xəbərdarlıq edilmişdir ki, onunla və vəkili ilə bütün danışıqlar, təqdim etmiş olacağı video görüntülərini və səs yazılarını videolentə alınmaq şərti ilə baş verəcək ki, sonradan nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs demiş və təqdim etmiş olduqları sözlərini və sənədləri danmasınlar. Lakin bu günə qədər nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs hələ də redaksiyaya gəlib çıxmayıblar.

Bağırov Davud bundan əlavə Estoniyaya aid mobil telefondan whatsappla baş redaktorla yazışmışdı. Aparılan araşdırma zamanı məlum olur ki, Estoniyaya aid həmin mobil telefon nömrəsi Dubaydakı mağazalardan birindən alınıb,

Bağırov Davudun adına deyildir. Çox güman ki, bu telefonu Bağırov Davuda Dubaydakı tanışları, o cümlədən Mamırova Asel almışdı. Deməli, Bağırov Davud bunu ona görə edirdi ki, sabahısıı günü deyəydi ki, guya o heç bir ismarıc göndərməyib.

Xatırlatma: 2015-ci ildə Hicran Hüseynovanın yaxın qohumu, komitənin aparat rəhbəri olmuş Səfər İmanov öz yerliləri Eynur Kərimovu həmin komitədə gəlirli vəzifəyə qoymuş olacağı ilə onun 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulunu rüşvət kimi alaraq mənimsəmiş olduğu, respublikanın ərazisini tələsik tərk etdiyi ilə əlaqədar saytımızda gedən yazılarla əlaqədar həmin Hicran Hüseynovanın komitəsinin mətbuat xidmətindən dəfələrlə saytın baş redaktoru Tahir Abbaslıya zəng vuraraq “məsələni yoluna qoymaq” xahişləri ilə bulunmasına baxmayaraq, verilən Sorğuya cavab verməkdən qəti imtina etmişdi.


Hicran Hüseynovanın Milan xahişi

 

Maraqlı məqam həm də ondan ibarətdir ki, Merim Beishekeyevanın anası Baktıgül xanım Fransaya köçməzdən əvvəl İtaliyada yaşayarkən Davudun bacısı Cəmilə Bağırova ona zəng edib.

O, işlədiyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovanın İtaliyanın Milan şəhərində yaşayan qızının körpəsi üçün dayə tapmaqda Davudun qayınanası Baktıgül xanımdan köməklik göstərməsini xahiş edib. 

Görəsən Hicran Hüseynovanın qızı həmin pulları necə qazanıb ki, İtaliyada təmtəraqlı ev ala bilib, uşağına da bahalı dayə tutmaq istəmişdir.

Mövzuya qayıdacağıq. 

P.S. Əvvəlki buraxılışlarımızda redaksiyamıza Bağırov Davudun Türkiyədə bir neçə vaxt bundan əvvəl qızıl alveri ilə əlaqədar problemlərinin olduğu barədə məlumat daxil olduğunu bildirmişik. Həmin hadisənin hazırda detallarına qədər araşdırıldığını, əlavə məlumatların veriləcəyini qeyd etmişik. Artıq bəzi detallar işıq üzü görmək üzrədir. Mövzunu diqqət saxlayacağıq.

Qeyd: Abdulla Əfəndizadənin və Merim Beishekeyevanın (Beyşekeyevanın) videomüraciətləri youtube və facebook sosial şəbəkələrdə işıq üzü görüb.

Bənzər xəbərlər

Gündəm

0.023090124130249