May 29

Rusiya mətbuatı Ermənistanın "nal-mıx" siyasətindən yazdı: - Paşinyan "kəndirbaz" adlandırıldı

Ermənistanın siyasi kursunda Rusiyanı narahat edəcək xeyli proseslər gedir. Ermənistanın Avropaya və NATO-ya istiqamətlənmiş siyasəti Rusiya tərəfindən xeyli səbrlə izlənir və hələ ki, ciddi müdaxilə yoxdur. Bununla belə, hər zaman ermənilərin mövqeyində dayanan Rusiya mətbuatı son vaxtlar öz narahatlığını açıq şəkildə bildirir. 

“Evrasiya Daily” saytı daim antiAzərbaycan mövqeyində dayanmasına baxmayaraq, Paşinyan hakimiyyətinin siyasətinin nələrə gətirib çıxaracağı haqqında 28 mayda redaksiyanın Zaqafqaziya bürosu geniş məqalə ilə çıxış edib. Yazının daha maraqlı hissəsini nəzərinizə çatdırırıq:

“NATO Ermənistanı öz avantürasına cəlb etməyə müvəffəq olacaqmı? Xatırladaq ki, Ermənistanla NATO arasındakı əməkdaşlıq 2005-ci ilin dekabrında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (İPAP) əsaslanır. Rəsmi İrəvan dəfələrlə NATO-ya üzv olmağa cəhd etmədiyini bildirib. 

Həqiqətən, Ermənistanla Rusiya arasında prioritet hərbi əməkdaşlığı təmin edən bir tarazlıq var. İrəvan NATO ilə əməkdaşlıqdan imtina etmir, görünür ki, son illərdə öyrəndikləri "kəndirbazlıqlarına” ümid etməyə davam edirlər. Aydındır ki, Ermənistanı hələ "görmürlər", bir yerə qədər qalxmağa imkan verirlər. Ancaq illər ərzində qurulan vəziyyət sürətli dəyişikliklərə məruz qala bilər. 
Əslində, Ermənistanın bölgədəki yaxın qonşusu alternativi olmayan Avro-Atlantika kursuna sadiqdir. Gürcüstan Alyans üçün Qafqazda mühüm strateji platsdarm olaraq qəbul edilir. NATO üçün Qara dənizdəki Gürcüstan limanları xüsusi əhəmiyyət kəsb edir. Bura ABŞ döyüş gəmiləri gələ bilər. Gürcüstanın müdafiə naziri Levan Izoriya, “Amerikanın Səsi”nə müsahibəsində, onun ölkəsi ilə ABŞ-ın əməkdaşlığı gələcəkdə bu əməkdaşlığı genişləndirməyə əsas verir və gələcəkdə, Tbilisidə yalnız Amerika hərbi bazalarının respublikada mövcud olmasını qəbul edəcəyini bildirib.

Aydındır ki, ABŞ-ın Gürcüstandakı hərbi iştirakı Qara dənizdə NATO-nun böyüməsi bütövlükdə Rusiya ilə gərginliyin artmasına səbəb olacaqdır. Bu vəziyyət Ermənistanı çətin bir seçim ilə üzbəüz edə bilər. İrəvan onunüçün əlverişli olmayan belə bir kəskin dönüşə hazırdırmı? Azərbaycan və Türkiyə ilə qonşuluq nəzərə alınarsa, onun üçün olduqca əlverişsizdir. Bununla yanaşı, Gürcüstanın NATO-ya daxil olması ilə bu işi daha da çətinləşdirə bilər. "Yeni Ermənistan"da bu barədə düşünürlərmi, belə halda ölkəni NATO-nun cənginə vermiş olacaqlar. Biz ümid edirik bu belə olmayacaq, əks halda, bu, Ermənistanın sonunun başlanğıcı ola bilər”.

Ermənistanda siyasi vəziyyət hər gün siyasi qüvvələrin qarşıdurması ilə müşayət olunur və getdikcə sərtləşir. Rusiyanın proqnozlarından hiss olunur ki, ilin sonuna qədər Paşinyan hakimiyyəti elə “məxməri” üsulla yola salına bilər. Biz hər cür situasiyaya hazır olmaqla yanaşı fürsəti də dəyərləndirməyi və yararlanmağı bacarmalıyıq. 

P.S. Hadisələrin inkişafı diqqət mərkəzindədir və yaxın günlərə vəziyyət barədə oxucuları daha ətraflı tanış edəcəyik.
Moderator.az
 

Bənzər xəbərlər

Gündəm

0.029439926147461